Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının sənayenin inkişafında mühüm rolu
2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının artıq onuncu ilidir. Ötən üç il müddətində proqram çərçivəsində yerlərdə görülən işlər, həyata keçirilən tədbirlər kifayət qədər müsbət nəticələr verib. Bu dəfəki Dövlət Proqramında istehsal və emal müəssisələrinin yaradılması ilə yeni iş yerlərinin açılması əsas diqqət mərkəzində olmaqla yanaşı sənayeləşmənin inkişaf etdirilməsi və kənd təsərrüfatına diqqətin artırılması da qarşıda duran vəzifələrdən idi. Bu sırada sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılmasını qeyd edə bilərik.
25 Yanvar 2018 16:36 Sosial2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının artıq onuncu ilidir. Ötən üç il müddətində proqram çərçivəsində yerlərdə görülən işlər, həyata keçirilən tədbirlər kifayət qədər müsbət nəticələr verib. Bu dəfəki Dövlət Proqramında istehsal və emal müəssisələrinin yaradılması ilə yeni iş yerlərinin açılması əsas diqqət mərkəzində olmaqla yanaşı sənayeləşmənin inkişaf etdirilməsi və kənd təsərrüfatına diqqətin artırılması da qarşıda duran vəzifələrdən idi. Bu sırada sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılmasını qeyd edə bilərik.
Paralel olaraq bu dəfəki Dövlət Proqramında da sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin, uşaq bağçalarının sayının artırılması və təmiri, məktəblərin tikitntisi və təmiri, yeni xəstəxanaların və olimpiya İdman komplekslərinin istifadəyə verilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlərin görülməsi, idxaldan asılılığın azaldılması, ən azı 100 min hektar torpağa suvarılma suyunun verilməsi, 300 subartezian quyusunun qazılması, fındıqçılığın, zeytunçuluğun inkişafı, tütünçülüyün bərpası və tütünün nəinki xammal, həm də hazır məhsul kimi ixracı, arıçılığın ixrac potensialının genişləndirilməsi, turizmin inkişafı, ixracın həcminin artırılması, ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə ixracın genişləndirilməsi və s. kimi mühüm vəzifələr dururdu. Etiraf etmək lazımdır ki, ötən 3 il ərzində yuxarıda qeyd etdiyimiz istiqamətlərdə kifayətqədər səmərəli və təqdirəlayiq işlər görülüb. Hazırda da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icraçısı davam etdirilir.
Dövlət Proqramında əksini tapan və Azərbaycan Prezidentinin sənayeləşmənin inkişaf etdirilməsi siyasətinə uyğun olaraq keçən il ərzində tikinti materialları, mədənçıxarma, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilir.
2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə - "Aqrokimya Azərbaycan" MMC-nin pestisidlər istehsalı zavodu, "MST Engineering Services" MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, "Alco Lubricant" MMC-nin sürtkü yağları istehsalı zavodu və "STDC" MMC-nin Data Mərkəzi açılıb, "AzerFloat" QSC-nin şüşə istehsalı zavodunun, "Azərxalça" ASC-nin yunəyrici-boyaq və "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Dövlət Proqramı çərçivəsində yaradılan sənaye müəssisələrindən biri də Mingəçevir Sənaye Parkıdır. Hazırda bu istiqamətdə sürətli işlər gedir. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkının müəssisələr üçün xammal yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq. Sənaye Parkında inşa olunan "Mingəçevir Tekstil" fabriki bu ilin I rübündə istismara veriləcək. Ümumi dəyəri 65 milyon ABŞ dolları olan müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində istifadəyə verilən daha bir sənaye müəssisəsi Neftçala Sənaye Məhəlləsidir. Neftçala Sənaye Məhəlləsi 2017-ci ildə istifadəyə verilib. Hazırda isə Dövlət Proqramı çərçivəsində Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin təşkili işləri isə davam etdirilir.
2014-2018-ci illəəri əhatə edən Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramında diqqət yetirilən sahələrdən biri də ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişaf etdirilməsidir. Bu məqsədilə 10 rayonda xalçaçılıq müəssisəsinin tikintisi işləri yekunlaşıb. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə ötən illər ərzində 3 xalçaçılıq müəssisəsi açılıb. Bu sahədə ümumilikdə 1600 yeni iş yeri yaradılıb. Hazırda daha 10 müəssisənin, həmçinin 5 yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi üçün hazırlıq işləri aparılır.
Böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi də Regionların social-qitisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan prioritet vəzifələrdən idi. Belə ki, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq, arıçılıq və digər sahələrin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyulmuşdu ki, Dövlət Proqamının icrası çərçivəsində qeyd edilən istiqamətlərdə kifayət qədər ciddi və nəticə verən addımlar atıldı, tədbirlər həyata keçirildi. Bu tapşırıqların icrası məqsədilə əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması işləri görüldü, sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradıldı, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil olundu, qarşıya çıxan məsələlər operativ həllini tapdı. Bu sahədə çalışan fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə ötən il pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 milyon manat, tütünçülük sahəsi üzrə 100-ə yaxın sahibkara 1,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 900-dən çox yeni iş yeri yaradılıb.
2014-2018-ci illəri əhatə edən Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində ən diqqət çəkən məqam və demək olar ki, tarixə düşən hadisə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində yeni emal müəssisəsinin yaradılması oldu. Məlumat üçün qeyd edək ki, artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Yem Emalı Müəssisəsinin tikintisi baş çatdırılıb və hazırda müəssisədə istehsal avadanlıqları quraşdırılır. Cocuq Mərcanlı kəndindəki emla müəssisəsi bu ilin fevral ayında istifadəyə veriləcək. Paralel olaraq Cocuq Mərcanlı kəndində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir.
Dövlət Proqramı çərçivəsində atılan məqsədypnlü addımlardan biri də yerlərdə biznes inkubatorların yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Yevlaxda yerləşən Aran Regional İnkişaf Mərkəzində ölkə üzrə 2-ci regional biznes inkubator yaradılıb və hazırda 21 gənc biznes sahəsində biliklərini artırırlar. Qeyd edək ki, Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində də 2014-cü ildən biznes inkubator fəaliyyət göstərir və indiyədək 50-ə yaxın gənc bu imkanlardan yararlanıb. Bununla yanaşı, ötən il Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində qadınlar üçün də biznes inkubatorlar fəaliyyətə başlayıb.
Dövlət Proqramının sonuncu ili çərçivəsində də sosial layihələrin icrasına xüsusi diqqət yetirilir, səhiyyə obyektləri, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidənqurulması işləri davam etdirilir, modul tipli məktəblər inşa olunur.
Bütün Dövlət Proqramlarında olduğu kimi 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da kənd təsərrüfatının inkişaf etdirilməsi basilica prioritet vəzifələrdən sayılır. Bu məqsədlə dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılmış, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib. Aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin daha da artmasına səbəb olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir