Millinin baş məşqçisi İran məğlubiyyətini ŞƏRH ETDİ
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və İran milli komandalarının oyunu keçirilib. Azərbaycan millisinin baş məşqçisi Xose Alesio oyunun çətin keçdiyini bildirib: “Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir.
25 Yanvar 2018 15:56 İdmanBu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və İran milli komandalarının oyunu keçirilib. Azərbaycan millisinin baş məşqçisi Xose Alesio oyunun çətin keçdiyini bildirib: "Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir.
Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik". İran millisinin baş məşqçisi Mohammad Nazemalşarieh isə bildirib ki, oyunun nəticəsinə təsir edən məqamlardan biri Azərbaycan millisinin iki vacib futzalçısının meydana çıxmamasıdır: "Rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Həqiqətən də güclü komanda ilə iki oyun keçirdik. Onu da deyim ki, baş məşqçinizlə bizim dostluq əlaqələrimiz var. İnanıram ki, komandanız Avropa çempionatında uğurlu nəticə qazanacaq. Bugünkü oyuna təsir edən amillərdən biri rəqibin iki güclü oyunçusunun mübarizə aparmaması idi".
Qeyd edək ki, qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu Ramiz Çovdarov vurub. Bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyun isə 3:3 hesabı ilə başa çatmışdı. Publika.az