Bir valideynini itirmiş, digər valideyni isə əlil olanlar təhsil haqqından azad oluna bilər
Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər edəcək. Məlumata görə, bu məsələ MM-in Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iş planına daxil edilib.
25 Yanvar 2018 16:02 SosialMilli Məclis "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklər edəcək. Məlumata görə, bu məsələ MM-in Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iş planına daxil edilib. Komitə sədri Hadi Rəcəbli bildirib ki, dəyişiklik layihəsində 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Layihənin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. Apa.az