Azərbaycan diasporunun iştirakı ilə Danimarkada Türkiyəyə dəstək aksiyası
Avropa Türk Dərnəkləri Təşkilatının təşkilatçılığı ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və “Çırpınırdı Qara dəniz” mahnıları ifa edilib.
25 Yanvar 2018 16:13 SiyasətAvropa Türk Dərnəkləri Təşkilatının təşkilatçılığı ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən daxil olub. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və "Çırpınırdı Qara dəniz" mahnıları ifa edilib.
Qeyd edək ki. aksiyaya "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə yanaşı Danimarkadakı Türkmən Dərnəklərinin rəhbəri Sadullah Hamid də qatılıb.