Ankaradan Vaşinqtonun təklifinə RƏDD CAVABI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriyada təhlükəsiz zonanın yaradılması barədə təklifinə ilk dəfə reaksiya verib. Nazir bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib. “Prosesdə ABŞ-a etibar azaldı. Etibar yenidən bərpa edilmədən bu cür məsələləri müzakirə etmək düzgün deyil”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
25 Yanvar 2018 15:55 Dünya"İlk olaraq bunu etməlisiniz"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriyada təhlükəsiz zonanın yaradılması barədə təklifinə ilk dəfə reaksiya verib. Nazir bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib. "Prosesdə ABŞ-a etibar azaldı. Etibar yenidən bərpa edilmədən bu cür məsələləri müzakirə etmək düzgün deyil", - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
Xatırladaq ki, Tillerson yanvarın 22-də Parisdə türkiyəli həmkarı ilə görüşdən sonra Türkiyə ilə birgə təhlükəsizlik problemlərini həll etmək üçün atılacaq addımları müəyyənləşdirmək istədiklərini vurğulayıb. O, Türkiyə və ABŞ-ın Suriyanın şimali-qərbində təhlükəsizlik zonasının yaradılması istiqamətində birlikdə çalışacağına ümid etdiyini dilə gətirib. Təklifə reaksiya verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ "PYD-yə verilən silahları toplayın" çağırışı edib. "Əməkdaşlığın yolu bəllidir: silahların çatdırılmasını (PYD terror təşkilatına çatdırılan silahlardan söhbət gedir -red.) dayandırmaq və daha əvvəl verilən silahları toplamaq", - hökumət rəsmisi bildirib.
ABŞ-ın dövlət katibi Reks Tillersonun "təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik" şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı. Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.