Trampdan növbəti qərar: Maliyyə dayandırılır
ABŞ Prezidenti Donald Tramp administrasiyası 2025-ci ilədək Beynəlxalq Kosmos Stansiyasını maliyyələşdirməyi dayandırmağı planlaşdırır. Buna əsas səbəb stansiyanın saxlanılmasına böyük məbləğin tələb olunması və bunun Amerika kosmonavtikasının inkişafına mane olmasıdır.
25 Yanvar 2018 15:35 DünyaABŞ Prezidenti Donald Tramp administrasiyası 2025-ci ilədək Beynəlxalq Kosmos Stansiyasını maliyyələşdirməyi dayandırmağı planlaşdırır. Buna əsas səbəb stansiyanın saxlanılmasına böyük məbləğin tələb olunması və bunun Amerika kosmonavtikasının inkişafına mane olmasıdır.
Qeyd edək ki, bundan əvvəl NASA kosmik agentliyi Beynəlxalq Kosmos Stansiyasının işini 2025-ci ilədək dəstəkləyəcəyi barədə xəbər yaymışdı. Hər il stansiyanın əməliyyat xərcləri NASA-ya 4 milyard dollara başa gəlir. Axar.az