Vaşinqton Ankara ilə hesablaşmaq məcburiyyətində
Artıq bir neçə gündür ki, qardaş Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterro əməliyyatları həyata keçirir. “Zeytun budağı” adı altında həyata keçirilən antiterror əməliyyatları elə ilk gündəcə öz müsbət nəticələrini verib və xeyli sayda terrorçu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda da qardaş ölkə Susiyanın Afrin bölgəsində antiterror əməliyyatlarını davam etdirir və terrorçulara qarşı sarsıdıcı zərbələr endirilir. Bu arada Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər maraq çəkib. Əksəriyyət ölkələr rəsmi Ankaranı haq işi uğrunda apardığı mübarizəyə görə təqdir etsə də, lakin Türkiyənin antiterror əməliyyatlarını tənqid edən, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi tələbində olan dövlətlər də üzə çıxıb. Belə ki, İran İslam Respublikası, Misir və Fransa Türkiyənin Suriyada həyata keçirdiyi amntiterror əməliyyatlarını pisləyib. Birləşmiş Ştatlar isə Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsindən rahatsız olduğunu dilə gətirib. Vəziyyət o həddə çatıb ki, hətta Birləşmiş Ştatlar prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları ilə əlaqədar qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmək məcburiyyətində qalıb.
25 Yanvar 2018 14:14 DünyaAğ Ev rəhbərinin Türkiyə prezidentinə zəng etməsi belə deməyə əsas verir
Artıq bir neçə gündür ki, qardaş Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterro əməliyyatları həyata keçirir. "Zeytun budağı" adı altında həyata keçirilən antiterror əməliyyatları elə ilk gündəcə öz müsbət nəticələrini verib və xeyli sayda terrorçu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda da qardaş ölkə Susiyanın Afrin bölgəsində antiterror əməliyyatlarını davam etdirir və terrorçulara qarşı sarsıdıcı zərbələr endirilir. Bu arada Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər maraq çəkib. Əksəriyyət ölkələr rəsmi Ankaranı haq işi uğrunda apardığı mübarizəyə görə təqdir etsə də, lakin Türkiyənin antiterror əməliyyatlarını tənqid edən, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi tələbində olan dövlətlər də üzə çıxıb. Belə ki, İran İslam Respublikası, Misir və Fransa Türkiyənin Suriyada həyata keçirdiyi amntiterror əməliyyatlarını pisləyib. Birləşmiş Ştatlar isə Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsindən rahatsız olduğunu dilə gətirib. Vəziyyət o həddə çatıb ki, hətta Birləşmiş Ştatlar prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları ilə əlaqədar qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmək məcburiyyətində qalıb.
Bir çoxları Ağ Ev rəhbərinin Rəcəb Tayyib Ərdoğana zəng etməsini Vaşinqtonun Ankaraya son xəbərdarlığı, bəziləri isə Birləşmiş Ştatların Türkiyənin apardığı antiterror əməliyyatları, daha dəqiq desək mövcud reallıqla barışması kimi xarakterizə edib. Hər halda bütün halda Ağ Ev rəhbərinin türkiyəli həmkarına zəng etməsi Vaşinqtonun ciddi narahatçılığınınm ifadəsidir. Görünür, Birləşmiş Ştatlar Suriyadakı əsas maraq dairəsi hesab olunan PKK-YPĞ/PYD-nin tamamilə məhv edilməsi reallığı ilə barışmaq istəmir. Bu səbəbdən Donald Tramp Türkiyədən Suriyadakı antiterror əməliyyatlarını dayandırmağı tələb edir. Amma rəsmi Ankaranın okeanın o tayından verilən mesaja nə dərəcədə əməl edəcəyi şübhə doğurur. Çünki dəfələrlə Türkiyə PKK-YPĞ/PYD-yə hər cür dəstək verən beynəlxalq güclərə, o cümlədən Birləşmiş Ştatlara bu dəstəyi dayandırmaq çağırışı etsə də, lakin Ankaranın çağırışlarına məhəl qoyullmammışdı. İndi də olsun ki, Ankara eyni münasibəti ortaya qoysun. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyənin öz sərhəd təhlükəsizliyini təmin etmək üçün uğurla həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı Birləşmiş Ştatların Türkiyə ilə hesablaşmasına səbəb oldu. Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğana zəng etməsi, Afrin əməliyyatı və Suriyada cərəyan edən proseslər barədə geniş danışıqlar aparması göstərir ki, Vaşinqton Suriyada Türkiyə ilə əməkdaşlıqda maraqlıdır: "Bu telefon danışıqlarında tərəflərin müəyyən məsələlər ətrafında razılığa gəlməsi istisna olunmur. Qeyd edim ki, artıq Türkiyə rəhbərliyi Ağ Evin təklif və vədlərinə inanmır. Çünki, Birləşmiş Ştatlar Suriyada əsasən kürdlərlə bağlı razılaşmanı pozub və Türkiyə əleyhinə terrorçulara dəstək verib. Donald Trampın Rəcəb Tayyib Ərdoğana zəng etməsi ilə təbii ki, yenidən ikitərəfli razılaşma və vədlər verib. Türkiyənin əsas şərti isə, YPG-ya verilən silahların geri alınması və bu terror təşkilatına hərbi-siyasi dəstəyin kəsilməlidir". Politoloqun qənaətincə, Birəşmiş Ştatlar Türkiyənin bu təkliflərinii qəbul edərsə, Amerika-Türkiyə müttəfiqliliyi yenidən inkişaf edəcək. Nəticə etibarilə Suriyada birgə koordinasiyalı fəaliyyət göstərəcəklər: "Qeyd edim ki, bu telefon diplomatiyasının nəticəsi bir neçə gündən sonra aydın olacaq. Əgər, proseslər olduğu kimi davam edəcəksə, deməli Birləşmiş Ştatlar şərtləri qəbul etməyib və YPG-ya dəstəyi davam etdorəcək. Amerikanın bu siyasəti isə, Şimali Suriyada Türkiyənin hərbi əməliyyatlarının davam etməsinə rəvac verəcək. Çünki, Türkiyə YPG-nı öz sərhədlərindən təmizləməsə, Türkiyənin suverenliyi və təhlükəsizliyi təhdid altında olacaq". Məhəmməd Əsədullazadə onu da deyib ki, Birləşmiş Ştatların Şimali Suriyada fəaliyyəti Türkiyəyə qarşı düşmənçilikdir: "Ümumiyyətlə Amerikanın Suriyada darmadağın edilmiş İŞİD-i bəhanə edib YPG-nı dəstəkləməsi gerçəklikdən uzaadır. Vaşinqtonun məqsədi Suriyada Kürd muxtariyyəti yaradıb, onu Şimali İraq Kürd muxtariyyəti ilə birləşdirib, Aralıq dənizinə çıxışı olan Kürdüstan qurmaqdır. Türkiyə əzmlə bu planın qarşısında ciddi baryer yaradıb və terrorçu qrupları zərərləşdirir".
Məhəmməd