"Azərbaycan Davos Forumunun üstünlüklərindən istifadə etməyi bacarır"
“Davos İqtisadi Forumu ümumdünya iqtisadi forumu olduğu üçün orada bu sahədə mövcüd olan problemlərin həlli istiqamətində məruzələr dinlənilir və bu istiqamətdə praktik məsləhətlər verilir. Lakin builki Davos Forumu daha əhəmiyyətlidir. Çünki, dünya iqtisadiyyatında böhran halları var. Dünyada iqtisadi vəziyyətin kəskinləşməsi özünü biruzə verir”. Bunu politoloq Qabil Hüseynli deyib.
25 Yanvar 2018 14:29 İqtisadiyyat"Davos İqtisadi Forumu ümumdünya iqtisadi forumu olduğu üçün orada bu sahədə mövcüd olan problemlərin həlli istiqamətində məruzələr dinlənilir və bu istiqamətdə praktik məsləhətlər verilir. Lakin builki Davos Forumu daha əhəmiyyətlidir. Çünki, dünya iqtisadiyyatında böhran halları var. Dünyada iqtisadi vəziyyətin kəskinləşməsi özünü biruzə verir". Bunu politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, budəfəki forum dünyanın iqtisadi böhrandan çıxması üçün əhəmiyyətli rol oynaya bilər. Azərbaycan prezidentinin forumda çıxışına toxunan Q.Hüseynli söyləyib ki, ölkə başçısı hər zaman olduğu kimi Azərbaycan həqiqətləri haqqında məlumat verməklə dünyaya mesaj vermiş oldu: "Azərbaycan prezdenti Davos Forumundan çıxışı zamanı ölkəmizə investisiya cəlb etmək üçün maraqlı biznes layihələr irəli sürür. Bir sözlə desək Azərbaycan Davos Forumunun üstünlüklərindən istifadə etməyi bacarır". Sia.az