Gündəm
Şehiç ABŞ-da
Bosniya və Hersoqovina yığması ABŞ-ın milli komandası ilə yoxlama görüşünə çıxıb. Bu matç Bosniya və Hersoqovinanın milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk oyunu olub.
Krımda kişi monastrı yandı
Krım yarımadasının Bağçasaray rayonunda kişi monastırının ərazisində yanğın baş verib. Yanğın monastırın həyətindəki birmərtəbəli taxta tikililərdə qeydə alınıb.
"Polislər vaxtında müdaxilə etdi" - Oksana Elşadla davasından danışdı
Bu gün "Hər şey daxil" verilişində Tolikin qonağı olan Oksana Rəsulova Elşadla aralarında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib. Rəqqasə-aktrisa Elşadın ona şiddət tətbiq etdiyi olayla bağlı danışarkən bəzi məqamları gizli saxlamaq istədiyini deyib: "Elşadla bağlı elə şeylər var ki, onları açıqlaya bilmərəm. Çünki o aramızda olan söhbətdir. Onu mən heç vaxt edə bilmərəm. Mən artıq 6 ildir ki, azad qadınam və heç kimin, valideynlərimdən başqa ixtiyarı yoxdur ki, mənim azadlığıma bir nöqsan göstərsin".
"Radikal dini qruplar maddi həvəsləndirmə üsullarından istifadə edir"
"Azərbaycanda tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr kənar dini ideologiyaları ölkəmizə gətirmək istəyirlər" Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.
Nağd hesablaşmaları niyə məhdudlaşdıra bilmirik?
Məlum olduğu kimi ölkədə nağd hesablaşmaların məhdudlaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, bu məqsədlə Vergi Məcəlləsinə əlavə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ötən ildən qüvvədədir. Lakin buna baxmayaraq hələ də bir sıra ticarət mərkəzlərində qanunvericiliyin pozulması halları müşahidə olunmaqdadır. Hüquqşünas Alim Hüseynli bildirib ki, bu sahədə müşahidə olunan nöqsanlar əsasən hüquqi və fiziki şəxslərin, eləcə də istehlakçıların nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı hüquqi biliklərinin kifayət qədər olmaması ilə əlaqədardır.
“Uşaqlar güllə səsi yox, layla eşitməlidirlər”
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatıb. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edilib və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri olublar. Sessiya çərçivəsində azərbaycanlı deputatlar tərəfindən hazırlanan “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” və “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı məruzələr avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub.
Azərbaycanda fəaliyyət göstərən audit şirkəti işğal olunmuş ərazilərimizdəki "Artsakhbank"ın da auditorudur?
Son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən və ya orada qeyri-qanuni fəaliyyətlə məşğul olan xarici şirkətlərin, fiziki və hüquqi şəxslərin sayı artır. Hətta iş o yerə çatıb ki, işğal altında olan ərazilərimizdə iş quran bəzi xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərən bəzi cəmiyyət və şirkətlərlə də bu və ya digər dərəcədə əməkdaşlığı mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, belə şirkətlərdən biri də Azərbaycanda faəliyyət göstərən KPMG audit şirkətidir. Onun sözlərinə görə, hansı ki həmin audit şirkəti olan KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank"ın da auditorudur. Əkrəm Həsənov məsələ ilə bağlı bir müddət əvvəl Vergilər Nazirliyinə müraciət etdiyini də deyib. Lakin istənilən cavabı almayıb: “Xəbər verdiyim kimi, KPMG audit şirkətinin ölkəmizdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqda Vergilər Nazirliyinə müraciət etmişdim. Sabiq nazirin dövründə mənə cavab verilmədiyi üçün digər problemlərlə bağlı yeni nazirə müraciət edərkən sözügedən məsələni də xatırlatdım. Aldığım cavabda qeyd olunur ki, guya ilk müraciətimə də cavab veriblər. Amma mən onu almamışam. Nə isə, əsas bu deyil. Əsas məsələnin mahiyyətidir.
Suriyada Türkiyə-İran qarşıdurması
Artıq 10 günə yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı uğurlu hərbi əməliyyat həyata keçirir. Afrinin böyük bir qisminə nəzarəti ələ alan Türkiyə Silahlı Qüvvələri terrorçuları Suriyanın içərilərinı doğru sıxışdırır. PKK/YPĞ terrorçularının geri çəkilməsi və bir qisminin Afrinə yaxın məntəqələrə sığınması Türkiyəni hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyur. Antiterror əməliyyatlarının davam etdiyi 10 günə yaxın müddət ərzində Türkiyə Silahlı Qüvvələri 400-ə yaxın terroçunu zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin terrorçulara qarşı xeyli silah-sursat zərərsizləşdirilib.
Ermənilərin Sarkisyana nifrətinin başlıca səbəbi
Dağlıq Qarabağ probleminin həlli uzandıqca həm regionda vəziyyət bir qədər də gərginləşir, cəbhədə müharibə riski artır, həm də baş verəcək müharibə riskini aradan qaldırmaq, problem həll olunmasa belə vəziyyəti stabilləşdirmək üçün beynəlxalq səviyyədə müəyyən təşəbbüslər göstərilir.
Belə-belə işlər... Elçin Hüseynbəyli yazır- Əmim oğlunun toyu və şəhərli qonaqların macərası
Hə, dostlar, qəribə işlər təkcə sizin başınıza gəlmir. Bu dünyada o qədər yadda qalan olaylar var ki. Bəni-adəm yaranandan insanlar bir-birilərinə kələk də gəliblər, yalan da danışıblar, xeyirxahlıq da ediblər. Mən də sizə ötən əsrin 80-ci illəriylə bağlı (ötən əsrin e!) bir hadisə danışacam. Bu, əslində hadisə də yox, ovqat açmaq üçün xırda bir əhvalatdır.
"Azərsu" partlayış baş vermiş binanın zirzəmisində heç bir iş görməyib
Yanvarın 27-də partlayış baş vermiş binada qaz sızmasına "Azərsu" ASC-nin su xətlərində apardığı təmirin səbəb olması barədə bəzi KİV-lərdə yer alan məlumatlar Səhmdar Cəmiyyət tərəfindən təkzib edilib. “OLAYLAR” xəbər verir ki, bu barədə açıqlama verən Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, "Azərsu" partlayış baş vermiş binanın zirzəmisində heç bir iş görməyib:
Azərbaycanın ərzaq təhlükəsizliyi problemi yoxdur
Ərzaq problemi insanın yarandığı gündən mövcud olmuş və insanın inkişafı ilə öz xüsusiyyət və miqyaslarını dəyişmişdir. Artıq XX əsrin ikinci yarısından başlayaraq ümumbəşəri problemə çevrilmişdir. Ərzaq məhsulları lazımi həcmdə istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir.
Türkiyənin şimal-şərq bölgələrində Zika virusu tapılıb
Türkiyənin Artvin Rize Trabzon vilayətlərində 4 vətəndaşda təhlükəli Zika virusu aşkarlanıb. Bütün vətəndaşlar yaxın zamanlarda Kubaya səyahət ediblər. Hadisədən sonra Türkiyə Səhiyyə Nazirliyi və Ətraf Mühiti Mühafizə Nazirlikləri bu xəstəliyi yayan “Ae. albopictus cinsi ağcaqandların artımının qarşısını almaq və bu ağcaqanadların yayıldığı sahələri nəzarətə götürmək üçün xüsusi profilaktik tədbirlərə start veriblər.
Suriyada aviabaza yaxınlığında kütləvi məzarlıqlar aşkarlanıb
Suriyada Əbu Dühur aviabazası yaxınlığında üç kütləvi məzarlıq tapılıb. Məzarlıqlar Suriya ordusunun əsgərləri tərəfindən aşkar edilib.
DİN: 2017-ci ildə dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdirilib
"Keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib". Məlumata görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oktay Tağıyev bildirib.














