Ermənilərin Sarkisyana nifrətinin başlıca səbəbi

Dağlıq Qarabağ probleminin həlli uzandıqca həm regionda vəziyyət bir qədər də gərginləşir, cəbhədə müharibə riski artır, həm də baş verəcək müharibə riskini aradan qaldırmaq, problem həll olunmasa belə vəziyyəti stabilləşdirmək üçün beynəlxalq səviyyədə müəyyən təşəbbüslər göstərilir.

İrəvanın bir çox sahələrdə Bakıya uduzmasıdır

Dağlıq Qarabağ probleminin həlli uzandıqca həm regionda vəziyyət bir qədər də gərginləşir, cəbhədə müharibə riski artır, həm də baş verəcək müharibə riskini aradan qaldırmaq, problem həll olunmasa belə vəziyyəti stabilləşdirmək üçün beynəlxalq səviyyədə müəyyən təşəbbüslər göstərilir. Sülh platforması, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü, xalq diplomatiyası və bu kimi ideyalar indiyə qədər Dağlıq Qarabağ probleminin həlli istiqamətində gündəmə gələn təşəbbüslərdəndir. Hər bir təşəbbüs istiqamətində müəyyən mənada təmaslar da olub. Ancaq heç bir təşəbbüs öz müsbət nəticəsini verməyib. Hazırda da anoloji təşəbbüslər müntəzəm olaraq gündəmə gəlir və bu dəfə daha çox vətəndaş cəmiyyəti nümayəndələri ilə iş aparılır. Bir müddət əvvəl Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycana səfəri və burada keçirilən konfransda iştirakı, həmçinin erməni QHT təmsilçilərinin dilindən İrəvanın işğalçı ölkə olması barədə səslənən fikirlər deyilənlərin əyani sübutudur. Maraqlısı odur ki, Azərbaycanda da bu təşəbbüs müəyyən mənada dəstək qazanıb. Hesab edilir ki, Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edib buradakı inkişafı, iqtisadi tərəqqini öz gözləri ilə gördükdən sonra istər-istəməz Ermənistan hakimiyyətinə qarşı daha aqressiv olacaq və onlar hakimiyyətdən Dağlıq Qarabağ probleminin həllində ciddi güzəştlərə getməyi tələb edəcəklər. Daha doğrusu erməni vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən İrəvanın qarşısında işğal altında olan Azərbaycan ərazilərini boşaltmaq tələbi qoyulacaq. Ancaq bu kimi ehtimalları, yanaşmaları qətiyyən qəbul etməyənlər də var. Müstəqil ekspert Rövşən Məmmədli hesab edir ki, Bakıya 5-6 erməninin gəlib bizə sərf edən bəyanatı imzalaması hələ hər şey deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ ermənilərini İrəvana qarşı qaldırmaq hansı inam hissindən irəli gəlir anlamaq olmur: "Dağlıq Qarabağ erməniləri İrəvana elə köklənməyib ki, onları bu kökdən ayırasan. Əgər 5-10 erməni tapılıb bu fikrə düşərsə xüsusi erməni qurumları elə anındaca onlara ya aradan götürər,ya da dərsini elə verərlər ki, birdə bu fikrə düşməzlər". Millət vəkili Zahid Orucun da belə bir yanaşma ortaya qoyduğunu deyən Rövşən Məmmədli bildirib ki, deputatın alman faşistləri ilə ermənilər arasında apardığı bənzətmələr də reallıqdan çox uzaqdır: "Təkcə bir faktı deyək. Almanlar işğal etdikləri ərazilərdə dinc əhaliyə toxunmurdular, şəhərləri dağıtmırdılar, abidələri yer üzündən silmirdilər, qəbirstanlıqları vandalizmə məruz qoymurdular. Yalnız kommunist təbliğatı aparanları, silahlanıb onlara qarşı çıxanları və yəhudiləri ya qırır, ya da əsir edib aparırdılar. Ermənilər isə işğal etdikləri ərazidə dinc insanları, körpələri, yaşlıları, xəstələri, qadınları xüsusi amansızlıqla qırır, qətliam edirdilər . Qıra bilmədiklərini isə qaçmağa vadar edir, şəhərləri, kəndləri xaraba qoyur, Azərbaycanın tarixi abidələrini yer üzündən silir, qəbirstanlıqları itrir, yer-yurd adlarını dəyişərək buranı "qədim erməni torpaqları adlandırırlar. Onlar bizim torpaqları işğal edib.bizi müstəmləkəyə çevirmirlər, onlar bizi qirib türksüz "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayırlar. Və bu demək olar ki, bütün ermənilərə təsir edib. Millət vəkili məgər bilmir ki, ermənilər Azərbaycanın tarixi torpaqlarını hər fürsətdə ələ keçirir, sonra isə bizimlə "dost əlaqələri quraraq bu ələ keçirdikləri torpaqları həzm edirlər. Öncə Eçmiəzdin, sonra İrəvan, sonra Vedibasar, Zəngəzur, Göyçə, Dərələyız, Dağ Borçalı, indi də Qarabağ və onun ətraf bölgələri. 100 il bundan öncədə belə olub, indi də belədir, yüz il bundan sonra da belə olacaq. Fürsət düşən kimi ermənilər içlərində gizlətdikləri faşist xislətlərini ortaya qoyub bizə qarşı eyni addımları atacaqlar. Odur ki,.həmişəki kimi indi də ermənilərin yalan dostluq hərkətlərinə aldanıb daha da uduzmayaq. Sadə xalq bizim oxumuşlarımızdan, ziyalılarımızdan yaxşı tanıyır bu ermənini". Rövşən Məmmədli deyir ki, düzdür, bu gün ermənilər Sərkisyanı söyürlər, ona narazılıq edirlər, ancaq bunu ona görə etmirlər ki, o Ermənistanı pis vəziyyətə salıb: "Ona görə söyürlər ki, o, artıq bəzi sahələrdə Azərbaycana uduzur və belə getsə Qarabağ ermənilərin əlindən çıxa bilər. Sərkisyana bütün etirazların mayasında məhz bu durur. Qaldı bizim erməniləri "öldürməyəcəyimizə", bunu ermənilər bizdən yaxşı bilirlər.Türk heç zaman dinc insanı, qadını, uşağı, yaşlını, xəstəni öldürməyib,öldürməz də. Türk üzbəüz vuruşduğu erməni əsgərini öldürər ki, bu da bütün dünya tərəfindən qəbul edilmiş reallıqdır. Dağlıq Qarabağ erməniləri əgər bu gün doğurdan da İrəvana qarşı çıxıb Ermənistan qoşunlarını Dağlıq Qarabağdan qovsalar və Azərbaycanın hakimiyyətinə tabe olsalar, sabahı Azərbaycan dövləti Dağlıq Qarabağ ermənilərinə öz vətəndaşları kimi lazım olan bütün qayğıları göstərər, başqa bölgələrdəki vətəndaşlarımız kimi onlar da bütün hüquq və azadlıqlara malik olarlar..Xalqımız da bunu normal qarşılayar. Ancaq beyinləri "Böyük Ermənistan" xülyası ilə zəhərlənmiş erməniləri qonşularla dinc yanaşı yaşamaq yox, onların torpaqları düşündürür.. Hər bir halda Bakı bəyannəməsi artıq qəbul olunub görək nəticəsi necə olacaq. Ancaq buna aldanmaq olmaz. Nə qədər ki,Azərbaycanın 20 faiz torpağı erməni işğalındadır. ermənlərin şirin dilinə, yalanına inanmaq olmaz. Torpaqlarımızı qaytarsınlar, Konstitusiyamızı qəbul edib hakimiyyətimizə tabe olsunlar, sonra buyursunlar Azərbaycan vətəndaşı kimi yenə öz layiqli yerlərini tutsunlar. Xalqımızın erməniyə nifrəti yoxdur, xalqımızın erməni faşizminə. erməni xislətinə, erməni məkrinə. yalanına nifrəti var və bu nifrətində də haqlıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31