Suriyada Türkiyə-İran qarşıdurması

Artıq 10 günə yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı uğurlu hərbi əməliyyat həyata keçirir. Afrinin böyük bir qisminə nəzarəti ələ alan Türkiyə Silahlı Qüvvələri terrorçuları Suriyanın içərilərinı doğru sıxışdırır. PKK/YPĞ terrorçularının geri çəkilməsi və bir qisminin Afrinə yaxın məntəqələrə sığınması Türkiyəni hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyur. Antiterror əməliyyatlarının davam etdiyi 10 günə yaxın müddət ərzində Türkiyə Silahlı Qüvvələri 400-ə yaxın terroçunu zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin terrorçulara qarşı xeyli silah-sursat zərərsizləşdirilib.  

Artıq 10 günə yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı uğurlu hərbi əməliyyat həyata keçirir. Afrinin böyük bir qisminə nəzarəti ələ alan Türkiyə Silahlı Qüvvələri terrorçuları Suriyanın içərilərinı doğru sıxışdırır. PKK/YPĞ terrorçularının geri çəkilməsi və bir qisminin Afrinə yaxın məntəqələrə sığınması Türkiyəni hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyur. Antiterror əməliyyatlarının davam etdiyi 10 günə yaxın müddət ərzində Türkiyə Silahlı Qüvvələri 400-ə yaxın terroçunu zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin terrorçulara qarşı xeyli silah-sursat zərərsizləşdirilib.  

Amma görünən odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatı bəzi xarici gücləri, dövlətləri ciddi şəkildə narahat etməyə başlayıb. Türkiyənin Suriyada PKK/YPĞ/PYD-yə qarşı apardığı uğurlu hərbi əməliyyatdan narahat olan və Ankaranın atmış olduğu addımı yalnış hesab edən tərəflərdən biri də İran İslam Respublikasıdır. Maraqlıdır ki, İran İslam Respublikası nəinki Türkiyənin Suriyada PKK və onun Suriya qanadı olan YPĞ-ya qarşəı apardığı antiterror əməliyyatından narahat olub, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi də tələb edib. Bəs görəsən Türkiyənin Suriyada PKK-ya qarşı apardığı antiterror əməliyyatı İranı nə üçün ciddi şəkildə narahat edir? Ankara Tehranın Suriyanı tərk etmək tələbini ciddiyə alacaqmı? Əksər ekspertlər hesab edirlər ki, Tehranın Ankaranın Suriyada antoterror əməliyyatları həyata keçirməsinə ciddi cədhlə qarşı çıxmasının başlıca səbəbi İran İslam Respublikasının Yaxın Şəqrdəki maraqlarının təhlükə altına düşmə əndişəsi, qorxusudur. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, İran İslam Respublikası 2.5 milyard dollar hərbi büdcəsinə vəsait ayırıb: "Təbii ki, İranın bu siyasəti Yaxın Şərqdə özünün hərbi-siyasi mövqeyinin güclənməsinə hesablanıb. İran Suriyada, İraqda və Yəməndə vəkalət müharibəsi aparır. Suriyada və İraqda İŞİD məğlub ediləndən sonra, İranın çətin iqtisadi durumunda hərbi büdcəsinə maliyyə ayırması, qonşu ölkələrin güclənən hərbi-siyasi hərəkətliliyinədə yönəlib. Bu ölkədə bir ay bundan əvvəl sosial etiraz aksiyalarına rəğmən, silahlı qüvvələrə maliyyə ayrılması göstərir ki, rəsmi Tehranı daxili sosial problemlər deyil, əsas Yaxın Şərqdə siyasi-hərbi ambisiyaları maraqlandırır. Bu maliyyənin bir qismi İran Silahlı qüvvələri vasitəsi ilə Livanda və Suriyada Hizbullaha və Yəməndə döyüşən Husi qiyamçılarının dəstəklənməsinə sərf olunacaq". Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin Şimali Suriyada həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatları fonunda İranın hərbi büdcəsini artırması təsadüfi deyil: "Suriyada geosiyasi mövqelərini bərpa etməkdə olan Türkiyənin uğurlu hərbi əməliyyatlarından sonra, Yaxın Şərqdə İranın təsirinin zəifləməsi qaçılmaz olacaq. Tehranda bunu görən rəsmilər kompleks tədbirlər almağa başlayıb.

Suriyada Türkiyə və İran İŞİD terror təşkilatına qarşı birgə hərbi əməliyyatlarda koordinasiyalı fəaliyyət göstərdiklərinə baxmayaraq, regional rəqibdirlər və hər iki ölkə Suriya üzrə tam fərqli siyasətə malikdir. Qeyd edək ki, Suriyada hərbi fəaliyyətə haqq edən əsas dövlət Türkiyədir. Çünki, bu ölkə ilə 911 km. sərhəddə malik olması, təhlükəsizlik qayğıları, terrorizmin və separtizmin inkişafı Ankaranın Suriyada hərbi fəaliyyətini şərtləndirir. Suriyada kürd terrorizmi artıq Türkiyənin milli təhlükəsizliyini hədəfləyir. Amma, İranın bu ölkədə hərbi fəaliyyəti isə, onun regional ambissiyalarından irəli gəlir". Politoloq qeyd edib ki, hazırda Afrindən başlayaraq Menbic və İraq sərhəddinə doğru irəlləyəcəklərini qeyd edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri Tehranda narhatlıqla qarşılanır: "Türkiyənin Suriyada əsas hədəfi bu ərazilərin ilhaqı deyil, Suriyanın ərazi bütövlüyünü qorumaqdı. Bunu Tehranda və Qərbdə yaxşı başa düşənlər, sadəcə Türkiyənin hərbi və regional gücündən ciddi şəkildə əndişə keçirirlər. Göründüyü kimi, Suriyaya səfərə gələn İran xarici işlər nazirinin müavinin Əsədlə birgə Türkiyənin Afrin əməliyyatları əleyhinə bəyanatını, rəsmi Tehranın mövqeyi kimi dəyərləndirmək olar. Bu onu göstərir ki, Yaxın Şərqdə İran-Türkiyə gizli siyasi qarşıdurması açıq müstəviyə keçmək mərhələsindədir". Məhəmməd Əsədullazadə hesab edir ki, İranın siyasəti Suriyada Türkiyə əleyhinə formalaşacaq bir ortam yaratmaqdır: "İran Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna qarşı Hizbullahı savaşa göndərə bilər. Çünki, Azad Suriya Ordusu Bəşər Əsədə qarşı döyüşən dünyəvi silahlı müxalifətdi. YPG məğlub ediləndən sonra, Azad Suriya Ordusunun yenidən hədəfi Əsəd rejimi olacaq. İran Azad Suriya Ordusunun üzərinə gedərsə, Suriyada yeni savaş ortaya çıxmaq ehtimalı yüksəkdir. Düşünürəm ki, Soçidə Suriya Milli Konqrensinin toplantısından sonra, Suriyada ümumi vəziyyətə qismən aydınlıq gətiriləcək. Soçi toplantısı Afrində Türkiyənin uğurlu hərbi əməliyyatları kölgəsində keçirilir. Bu toplantıya qatılmaq və siyasi divident qazanmağa çalışan kürdlərə Ankara böyük zərbə vurmuş oldu.
Türkiyə Afrin, Menbic və Rakkanı YPG kürd terrorçularından təmizləməli, Birləşmiş Ştatlarla qarşıdurmaya rəğmən buna getməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31