Nağd hesablaşmaları niyə məhdudlaşdıra bilmirik?

Məlum olduğu kimi ölkədə nağd hesablaşmaların məhdudlaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, bu məqsədlə Vergi Məcəlləsinə əlavə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ötən ildən qüvvədədir. Lakin buna baxmayaraq hələ də bir sıra ticarət mərkəzlərində qanunvericiliyin pozulması halları müşahidə olunmaqdadır. Hüquqşünas Alim Hüseynli bildirib ki, bu sahədə müşahidə olunan nöqsanlar əsasən hüquqi və fiziki şəxslərin, eləcə də istehlakçıların nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı hüquqi biliklərinin kifayət qədər olmaması ilə əlaqədardır.

Hesablaşmalar vergi ödəyici olan şəxslər arasında aparılmırsa...

Məlum olduğu kimi ölkədə nağd hesablaşmaların məhdudlaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, bu məqsədlə Vergi Məcəlləsinə əlavə edilən dəyişikliklər və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu ötən ildən qüvvədədir. Lakin buna baxmayaraq hələ də bir sıra ticarət mərkəzlərində qanunvericiliyin pozulması halları müşahidə olunmaqdadır. Hüquqşünas Alim Hüseynli bildirib ki, bu sahədə müşahidə olunan nöqsanlar əsasən hüquqi və fiziki şəxslərin, eləcə də istehlakçıların nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı hüquqi biliklərinin kifayət qədər olmaması ilə əlaqədardır. Onun sözlərinə görə, nağd ödənişlərin məhdudlaşdırılması dünyanın əksər ölkələrinin, o cümlədən Fransa, İtaliya, İspaniya, Belçika, Çexiya, Slovakiya, Qazaxıstan və sair dövlətlərin qanunvericiliyində nəzərdə tutulub. Azərbaycan Respublikası ərazisində də mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırılması, pul dövriyyəsinin tənzimlənməsi, bank sisteminin inkişafı məqsədi ilə bu sahədə "Nağdsız hesablaşmalar haqqında" Qanun təsdiq edilib. Paralel olaraq Vergi Məcəlləsində də müvafiq əlavə və dəyişikliklər edilib. Buna baxmayaraq mülki dövriyyə iştirakçılarının naqdsız hesablaşmalar barədə hüquqi biliklri kifayət qədər deyil: "İlk olaraq anlamağa çalışaq ki, nağdsız hesablaşmalar dedikdə hansı əməliyyatlar nəzərdə tutulur. Bu əməliyyatlardan ən geniş yayılanı bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürmələrdir ki, belə əməliyyatlar ödəniş alətləri hesab olunan ödəniş kartları, ödəniş tapşırığı ilə mobil telefon aparatları, kompyüter və digər avadanlıqlar vasitəsilə həyata keçirilən hesablaşmalardır. Növbəti əməliyyatlar isə ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalardan ibarətdir. Əgər hesablaşmalar hər iki tərəf vergi ödəyici olan şəxslər arasında aparılarsa, bu zaman nağdsız ödəniş yalnız yuxarıdakı qeyd etdiyimiz formada həyata keçirilə bilər. Qeyd edim ki, sözügedən Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni tətbiq edilən Qanuna əsasən vergi ödəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində ümumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən edilib. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilər 30.000 manatdan, digər vergi ödəyiciləri 15.000 manatdan artıq olanda hesablaşmalae bağdsız qaydada olmalıdır. Onu da xatırladım ki, Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Bunlarla yanaşı qanunda aşağıdakı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib: inzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər; lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri; ü dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; stasionar telefon xidmətləri və kommunal xərclər; vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması; dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi; təhsil haqlarının ödənilməsi; turagentlərə ödənişlər. Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları, o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər, pensiya, təqaüd, maddi yardım, müavinətlər, birdəfəlik müavinətlər, kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır. Qeyd edilənlərlə yanaşı, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə də qanunvericiliyə əlavələr edilib. Belə ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tutulmasına və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini bəyan etməklə dövlət büdcəsinə köçürülməsinə dair Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilib. Nəzərə almaq lazımdır ki, nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə tətbiq edilən1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunur". Onun bildirdiyinə görə, qanunun tələblərinin pozulmasına görə mısuluyyət məsələsi də nəzərdə tutulur: "Qanunun tələblərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları sözügedən Qanunun tələblərinin pozulmasına görə, yəni "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicilərinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinə aşağıdakı maliyyə sanksiyalarının tətbiq edilməsi məqsədilə Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə edilib. Əlavəyə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, təqvim ili ərzində ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılmasına şərait yaradacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31