Krımda kişi monastrı yandı

Krım yarımadasının Bağçasaray rayonunda kişi monastırının ərazisində yanğın baş verib. Yanğın monastırın həyətindəki birmərtəbəli taxta tikililərdə qeydə alınıb. 

Krım yarımadasının Bağçasaray rayonunda kişi monastırının ərazisində yanğın baş verib. Yanğın monastırın həyətindəki birmərtəbəli taxta tikililərdə qeydə alınıb. Yanğının sahəsi 336 kvadrat metri əhatə edib. Yanğının qarşısının alınması üçün bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib. Yanğının monastrın ərazisində hansı səbəbdən baş verməsi hələ məlum deyil. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31