Azərbaycanda fəaliyyət göstərən audit şirkəti işğal olunmuş ərazilərimizdəki "Artsakhbank"ın da auditorudur?
Son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən və ya orada qeyri-qanuni fəaliyyətlə məşğul olan xarici şirkətlərin, fiziki və hüquqi şəxslərin sayı artır. Hətta iş o yerə çatıb ki, işğal altında olan ərazilərimizdə iş quran bəzi xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərən bəzi cəmiyyət və şirkətlərlə də bu və ya digər dərəcədə əməkdaşlığı mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, belə şirkətlərdən biri də Azərbaycanda faəliyyət göstərən KPMG audit şirkətidir. Onun sözlərinə görə, hansı ki həmin audit şirkəti olan KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank"ın da auditorudur. Əkrəm Həsənov məsələ ilə bağlı bir müddət əvvəl Vergilər Nazirliyinə müraciət etdiyini də deyib. Lakin istənilən cavabı almayıb: “Xəbər verdiyim kimi, KPMG audit şirkətinin ölkəmizdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqda Vergilər Nazirliyinə müraciət etmişdim. Sabiq nazirin dövründə mənə cavab verilmədiyi üçün digər problemlərlə bağlı yeni nazirə müraciət edərkən sözügedən məsələni də xatırlatdım. Aldığım cavabda qeyd olunur ki, guya ilk müraciətimə də cavab veriblər. Amma mən onu almamışam. Nə isə, əsas bu deyil. Əsas məsələnin mahiyyətidir.
29 Yanvar 2018 13:41 İqtisadiyyatSon vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən və ya orada qeyri-qanuni fəaliyyətlə məşğul olan xarici şirkətlərin, fiziki və hüquqi şəxslərin sayı artır. Hətta iş o yerə çatıb ki, işğal altında olan ərazilərimizdə iş quran bəzi xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərən bəzi cəmiyyət və şirkətlərlə də bu və ya digər dərəcədə əməkdaşlığı mövcuddur. İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, belə şirkətlərdən biri də Azərbaycanda faəliyyət göstərən KPMG audit şirkətidir. Onun sözlərinə görə, hansı ki həmin audit şirkəti olan KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank"ın da auditorudur. Əkrəm Həsənov məsələ ilə bağlı bir müddət əvvəl Vergilər Nazirliyinə müraciət etdiyini də deyib. Lakin istənilən cavabı almayıb: "Xəbər verdiyim kimi, KPMG audit şirkətinin ölkəmizdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqda Vergilər Nazirliyinə müraciət etmişdim. Sabiq nazirin dövründə mənə cavab verilmədiyi üçün digər problemlərlə bağlı yeni nazirə müraciət edərkən sözügedən məsələni də xatırlatdım. Aldığım cavabda qeyd olunur ki, guya ilk müraciətimə də cavab veriblər. Amma mən onu almamışam. Nə isə, əsas bu deyil. Əsas məsələnin mahiyyətidir.
Deməli, mənim qaldırdığım məsələ qısaca belə idi. Azərbaycanda "KPMG" brendli 2 qurum fəaliyyət göstərib: "KPMG Audit Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti və "KPMG Azərbaycan Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi İkisi də eyni ünvanda yerləşib və eyni şəxs, Vüqar Əliyev tərəfindən idarə olunub. Artıq bunun özü qeyri-sağlam yanaşmadan xəbər verir. Düzdür, 16 yanvar 2017-ci il tarixdən etibarən Nümayəndəlik fəaliyyətini müvəqqəti dayandırıb. Ən maraqlısı isə odur ki, banklarımıza, o cümlədən ən iri müflis banklara: "Bank Standard" və "Texnikabank"-a audit xidmətlərini Cəmiyyət deyil, məhz fəaliyyəti dayandırılmış Nümayəndəlik göstərib. Bu isə qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 5.1-ci maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri qismində yalnız fiziki və ya hüquqi şəxslər çıxış edə bilər. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən sahibkarlıqla Azərbaycan vətəndaşları, xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər, habelə yerli və xarici hüquqi şəxslər məşğul ola bilər. Beləliklə, nümayəndəlik mülki münasibətlərin subyekti deyil və sahibkarlıqla məşğul ola bilməz. Həmçinin ona görə ki, Mülki Məcəllənin 53-cü maddəsinə əsasən nümayəndəlik hüquqi şəxs deyil və hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsidir". İqtisadçı deyib ki, nazirlik öz cavabında KPMG-nin nümayəndəliyinin Azərbaycanda audit və digər xidmətləri göstərməsini aşağıdakı "arqument"lərlə əsaslandırmağa çalışır: "Lisenziyalar və icazələr haqqında" Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun xarici hüquqi şəxslərin nümayəndəliklərinə də şamil olunur. Yəni nazirlik demək istəyir ki, qanun nümayəndəliyin də lisenziya və ya icazə almasını ehtiva etdiyi üçün, o, audit xidmətlərini göstərə bilər. Əlbəttə, məsələn, "Banklar haqqında" Qanuna görə bank nümayəndəliyinin fəaliyyəti üçün icazə alınmalıdır. Amma bu, o demək deyil ki, həmin nümayəndəlik bank fəaliyyəti ilə məşğul ola bilər. Xeyr, ola bilməz və "Banklar haqqında" Qanunda bu, açıq-aydın təsbit edilib. Yalnız təmsilçiliklə məşğul ola bilər və qanunvericilik sırf buna görə onun icazə almasını tələb edir. Yəni nümayəndəliyin fəaliyyəti üçün icazə alması o demək deyil ki, nümayəndəlikdən (təmsilçilikdən) başqa digər fəaliyyətlə də məşğul ola bilər. Yeri gəlmişkən, "Audit xidməti haqqında" Qanunun 1-ci maddəsinə görə həmin Qanun "müəssisələrə, təşkilatlara və idarələrə" şamil edilir. Yəni nümayəndəliyin audit xidməti göstərməsi Qanunda nəzərdə tutulmayıb. Başqa sözlə, hətta qəbul etsək ki, nümayəndəliyin (təmsilçiliyin) özü də sahibkarlıq fəaliyyətidir, bank fəaliyyəti kimi audit fəaliyyəti də nümyəndəlik tərəfindən həyata keçirilə bilməz. Odur ki, nazirliyin bu arqumenti tam əsassızdır. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinin 2-ci bəndinə əsasən xarici hüquqi şəxslərin nümayəndəliklərinin öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycanda tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir. Həqiqətən də Konstitusiyamızın 151-ci maddəsinə uyğun olaraq qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin nazirlik konkret bu halda hansı beynəlxalq müqavilə əsasında Mülki Məcəllənin tələbinin tətbiq olunmaması haqda heç nə demir. Belə bir beynəlxalq müqaviləmiz olsaydı, nazirliklə razılaşmaq olardı. Olmadığı üçün nazirliyin bu arqumenti də yersizdir. Nazirlik deyir ki, guya xarici hüquqi şəxsin nümayəndəliyi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna əsasən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan qurum kimi göstərilib. Bu, ümumiyyətlə, cəfəng arqumentdir. Harada və necə göstərilib? Nümayəndəlik elə nümayəndəlik kimi qeydiyyata alınır həmin Qanuna əsasən. Sadəcə prosedur oxşardır. Özü də həmin Qanunun 2.0.4-cü maddəsində tərif belədir: "nümayəndəlik - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur". Yəni yenə də Mülki Məcəlləyə istinad edilir. Odur ki, nazirliyin bu arqumenti çox gülməlidir". İqtisadçı onu da bildirib ki,
"Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin beşinci hissəsinin şərh edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 sentyabr 1999-cu il tarixli Qərarına istinad edilir: "Halbuki, mən öz müraciətimdə yazmışdım: "Qabaqcadan qeyd edirik ki, bu məsələ üzrə" ""Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin beşinci hissəsinin şərh edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 sentyabr 1999-cu il tarixli Qərarına istinad edilə bilməz. Ən azı ona görə ki, "Müəssisələr haqqında" Qanun qüvvədən düşüb". Yəni nazirlik qüvvədən düşmüş sənədə istinad edir, özü də mənim bu barədə qabaqcadan xəbərdarlıq etməyimə baxmayaraq. Belə hərəkəti nazirliyə heç yaraşdırmadım Ümumən isə nazirliyə bir sualım var: filialla nümayəndəliyin fərqi yoxdursa, niyə qanunlar Milli Məclis tərəfindən belə fərqli anlayışlar və təriflər qəbul olunub və Cənab Prezident də onları təsdiqləyib? Heç olmasa bunu izah etsinlər.
Bütövlükdə nazirliyin KPMG-ni açıq-aşkar müdafiə etməsi təəssüf doğurur. Yalnız ona görə yox ki, KPMG qanunsuz sahibkarlıq fəaliyyət göstərib və məhz onun audit etdiyi iki ən iri bankımız, "Bank Standard" və "Texnikabank" müflis olub. Həmçinin ona görə ki, məhz KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank"ın da auditorudur". İqtisadçı ekspert bunun qəbuledilməz hal olduğunu bildirməklə yanaşı tezliklə müvafiq ölçü götürüləcəyinə əminlik də ifadə edib.
Füzuli