Türkiyənin şimal-şərq bölgələrində Zika virusu tapılıb

Türkiyənin Artvin Rize Trabzon vilayətlərində 4 vətəndaşda təhlükəli Zika virusu aşkarlanıb. Bütün vətəndaşlar yaxın zamanlarda Kubaya səyahət ediblər. Hadisədən sonra Türkiyə Səhiyyə Nazirliyi və Ətraf Mühiti Mühafizə Nazirlikləri bu xəstəliyi yayan “Ae. albopictus cinsi ağcaqandların artımının qarşısını almaq və bu ağcaqanadların yayıldığı sahələri nəzarətə götürmək üçün xüsusi profilaktik tədbirlərə start veriblər.

Türkiyənin Artvin Rize Trabzon vilayətlərində 4 vətəndaşda təhlükəli Zika virusu aşkarlanıb. Bütün vətəndaşlar yaxın zamanlarda Kubaya səyahət ediblər. Hadisədən sonra Türkiyə Səhiyyə Nazirliyi və Ətraf Mühiti Mühafizə Nazirlikləri bu xəstəliyi yayan "Ae. albopictus cinsi ağcaqandların artımının qarşısını almaq və bu ağcaqanadların
yayıldığı sahələri nəzarətə götürmək üçün xüsusi profilaktik tədbirlərə start veriblər. Qeyd edək ki, Zika virusu 1-6 aylıq hamilə qadınlar üçün təhlükə mənbəyidir. Zikaya yoluxmuş ağcaqanadların hamilə qadınları sancdığı hallarda körpələrdə beyin inkişafı ilə
əlaqədar ciddi fəsadlar meydana gələr bilər . Zika virusu əsas Cənubi Amerika ölkələrində yayılıb və bu ölkələrə səyahət edən vətəndaşların diqqətli olmasında böyük fayda vardır.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31