“Uşaqlar güllə səsi yox, layla eşitməlidirlər”
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatıb. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edilib və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri olublar. Sessiya çərçivəsində azərbaycanlı deputatlar tərəfindən hazırlanan “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” və “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı məruzələr avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub.
29 Yanvar 2018 13:42 SiyasətSevinc Fətəliyeva: "Tutduğu vəzifədən asılı olmayaraq cinayətkar, uşaq qatili öz adı ilə çağrılmalıdır"
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başa çatıb. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edilib və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri olublar. Sessiya çərçivəsində azərbaycanlı deputatlar tərəfindən hazırlanan "Silahlı münaqişələrdə uşaqların müdafiəsi" və "İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi" adlı məruzələr avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub. Deputatlarımız erməni vandalizminin qurbanı olan balaca Zəhranın şəklini zalda nümayiş etdiriblər. Ermənistanın indiki müdafiə nazirinin azərbaycanlılara qarşı etnik təmizləmə apardığı diqqətə çatdırılıb, erməni deputatlardan həqiqətləri təhrif etməmək tələb olunub. Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq nümayəndə heyətimizin bütün üzvləri Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın xalqımıza qarşı törətdikləri cinayətlər, BMT-nin münaqişə ilə bağlı qətnamələri barədə çıxışlar edərək, qurumun yeni üzvlərini məlumatlandırıblar. Qeyd edək ki, AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın "Silahlı münaqişələrdə uşaqların müdafiəsi" adlı məruzəsinin müzakirələri zamanı erməni deputatlar həmişəki iyrənc xislətlərini yenə göstəriblər. Müzakirələr zamanı ermənilərin söylədikləri yalanlar qarşısında məruzəçi S. Fətəliyeva susa bilməyib və onların lazımi cavabını verib. S. Fətəliyeva bildirib ki, müharibələr həmişə olub və onların qurbanları arasında uşaqlar da yer alıb. Onlar amansız zorakılıqla öldürülüblər. Uşaqların mənsub olduqları millət, din əsasında öldürülməsi, siyasi ambisiyaların qurbanı olmaları qəbuledilməzdir: "Mən Azərbaycanı təmsil edirəm, azərbaycanlıyam. Təəssüf ki, Azərbaycanın uşaqların silahlı münaqişədə, müharibədə qorunması sahəsində təcrübəsi var. Məruzəni hazırlamaq çox çətin idi. Çalışdım ki, tarazlı məruzə hazırlayım, etnik mənsubiyyətindən, dinindən, coğrafiyasından asılı olmayaraq, bütün uşaqların hüquqlarının müdafiə olunmasını, onların qorunmasını təmin edək. Bu gün heç bir ölkə müharibədən sığortalanmayıb. Heç bir məsum uşaq zorakılığa layiq deyil". Millət vəkili qeyd edib ki, ölkələr beynəlxalq hüquqa, onun norma və prinsiplərinə riayət etsələr, belə məruzəyə ehtiyac olmaz. Əsas problem ölkələrin beynəlxalq hüquqa riayət etməmələridir. Beynəlxalq hüququn tətbiq edilməməsi uşaqlara qarşı zorakılığın tam cəzasız bir mühitdə aparılmasına imkan yaradır: "Bu gün uşaqların hüquqlarının pozulmasının qarşısını almaq üçün səylərimizi birləşdirməli,cəzasızlığı aradan qaldırmalıyıq. Bu məruzə digər məruzələrdən daha emosionaldır, onun siyasi əhəmiyyəti və gücü daha çoxdur. Məqsəd uşaqların qətlə yetirilməsinin, müharibələrin qurbanları olmasının qarşısını almaq, onların gələcəyini düşünməkdir. Uşaqlar nifrət, qorxu içində yaşamamalıdırlar. Onların gələcəyini biz düşünməliyik". S.Fətəliyeva əlavə edib ki, AŞPA-nın nüfuzu zəifdir, çünki burada qəbul olunan qətnamələr, qərarlar burada da unudulur, həyata keçirilmir: "Bu da onun nüfuzunun azalmasına aparır. Bu məruzə ilə AŞPA-nın güclü təşkilat olduğunu göstərmək mümkündür. Çünki uşaqlar üçün ədalət bərpa olunmalıdır. Uşaqlar sağlam mühitdə böyüməlidirlər. Onlar güllə səsi yox, layla eşitməlidirlər. Onlar müharibə yox, mavi səma şəkli çəkməlidirlər. Ədalətdən danışırıqsa, kimin haqlı, kimin günahkar, kimin təcavüzkar, kimin qurban, kimin işğalçı, kimin işğal olunan olduğunu açıq deməliyik". Erməni deputatların bütün cəhdlərinə baxmayaraq AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın hazırladığı "Silahlı münaqişələrdə uşaqların müdafiəsi" adlı məruzə yekdilliklə qəbul olunub. Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynov bildirib ki, silahlı münaqişələr və müharibələr zamanı ən həssas qruplardan biri uşaqlardır. Uşaqlar kütləvi şəkildə insan alveri, cinsi istismar və digər zorakı hərəkətlərə məruz qalır, həyatlarını itirirlər: "Baxmayaraq ki, uşaqların reabilitasiyasını, onlara dəstək verilməsini nəzərdə tutan, silahlı münaqişələrdə iştirakının qarşısının alan çoxsaylı beynəlxalq sənədlər və müvafiq protokollar mövcuddur, hesabat göstərir ki, bu istiqamətdə çoxlu narahatlıqlar hələ də qalmaqdadır. Bu, bir daha sübüt edir ki, beynəlxalq sənədlərin nəinki icrasına diqqət gücləndirilməli, həm də aşkar edilmiş boşluqlar aradan qaldırılmalıdır. Mən hesabatı bu istiqamətdə atılan əhəmiyyətli addım hesab edirəm. O, hesabat təkcə uşaqlara dəstək verməyə çağırmır, eyni zamanda, bu acınacaqlı vəziyyətin yaranmasının köklü səbəbi olan münaqişlərin aradan qaldırılmasına da toxunurdu. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir; belə ki, mülkü şəxslərlə döyüşən şəxslər arasında fərq qoyulmalı və bütün hücumlar ancaq hərbçilərə yönəlməldir, mülki şəxslərə yox. Ancaq təəsüf ki, müasir dövrümüzdə də biz hətta məqsədli şəkildə mülki şəxslərə qarşı olan hücumları müşahidə edirik. Mən bir misal gətirməyi özümə börc bilirəm. Həmin hesabatda qeyd edilib, ancaq düşünürəm ki, onun üzərində daha ətraflı dayanmaq lazımdır. Məlum olduğu kimi keçən yay erməni silahlı qüvvələri tərəfindən məqsədli şəkildə Azərbaycanın mülki əhalisinə artilleriya atəşi açılmış, nəticədə 3 yaşlı körpə və nənəsi həlak olmuşdular. Ermənistan bir sıra beynəlxalq humanitar sənədləri imzalayıb və öhdəlikləri var, ancaq buna baxmayraq, həmin ölkədə bu cinayəti törədən şəxslərlə bağlı heç bir istintaq və ya digər araşdırma tədbirləri həyata keçirilmədi. Bu, bir daha sübüt edir ki, hadisə Ermənistanın ən yüksək siyasi rəhbərliyinin iradəsilə baş verib. Biz bilirik ki, sessiyada çıxış üçün söz verib, alqışlanan Ermənistan prezidenti mülki insanlarının qətlində itşirak etmiş və bunu özü açıq şəkildə bəyan etmiş şəxsdir. Bu şəxs işğal edilmiş Azərbaycan ərazisi olan Xocalıda törədilmiş cinayətlərin iştirakçısıdır. Qeyd edim ki, Xocalı faciəsi bir sıra ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatar tərəfindən soyqırımı kimi tanınır. Parlamentarilərin ona göstərdiyi münasibətlə münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarını müdafiə etmək istəyi üst-üstə düşmür. Təbii ki, bu halda həmin təşkilat simasını itirir". Onun sözlərinə görə, son vaxtlar hamı təşkilatın nüfuzunun düşməsindən və ona olan etimadın azalmasından, obyektivliyini itirməsindən danışır: "Hesab edirəm ki, bunun səbəblərindən biri də təşkilatın məsələlərə ikili yanaşmasındadır. Qurum tutduğu vəzifədən asılı olmayaraq, cinayətkarı, uşaq qatilini öz adı ilə çağırmalıdır".
Alim