Gündəm

XİN: Avropa Parlamentinin üzvünün adı "qara siyahı"ya salınacaq

29 Yanvar 2018 13:25

"Holokostun anımı ərəfəsindəAvropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olanXocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır".

ABŞ Menbiçdən geri çəkilməyəcəyini açıqlayıb

29 Yanvar 2018 13:24

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəyini açıqlayıb.  Məlumata görə, general Votel CNN-ə açıqlamasında belə bir addımın nəzərdə tutulmadığını deyib. 

Avtobus piyadanı vurub öldürüb

29 Yanvar 2018 13:22

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Əkin yerlərinin istifadəsi zamanı ciddi nöqsanlara yol verilir

29 Yanvar 2018 13:21

Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir: "Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar.

“Ad və soyadlar haqqında” qanun yenidən gündəmdə

29 Yanvar 2018 13:16

“Ad və soyadlar haqqında” yeni qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. Məlumata görə, qanun layihəsiparlamentin Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.

“Boogie Woogie” -  Beynəlxalq Muğam Mərkəzində

29 Yanvar 2018 13:15

Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin “Boogie Woogie” adlı konserti keçirilib. Olaylar.az bildirir ki, İsveçrədə "Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlayıb. Tənqidçilər ifaçının  texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər.

Türkiyə-Yunan sərhədində gərginlik

29 Yanvar 2018 13:14

Ötən gün Yunanıstanın müdafiə naziri Panos Kamenos bir hərbi qayıqla Türkiyənin Kardak Adalarına çələng qoymaq istəyib. Yunan gəmiləri Türk dəniz hüdudunu pozublar. Türkiyə Silahlı Qüvvələri və Hərbi Dəniz Donanması birlikləri dərhal hərəkətə keçiblər. Yunan nazirin qayığının qarşısı Türk Sahil Müdafiə katerləri tərəfindən kəsilib.

İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qadağandır

29 Yanvar 2018 13:13

“İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir. Təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır”. “Olaylar” xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sözyləyib.

Məşhur müğənni həbsxanaya düşdü

29 Yanvar 2018 13:12

Məşhur türkiyəli müğənni Seren Serengil həmkarı Gülbən Ərgən tərəfindən həbsxanaya salındı. Olaylar.az bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub. Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır.

Daha bir yaşayış məntəqəsi qazlaşdırılıb

29 Yanvar 2018 13:11

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İostehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Paytaxtda zəncirvari qəza

29 Yanvar 2018 13:10

Paytaxtın Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Qəza zamanı 4 nəqliyyat vasitəsi toqquşub. hadisəsi baş verib. Qəza nəticəsində hər iki istəqamətində sıxlıq yaranıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb.

“Youtube”da Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyət göstərməyə başladı

29 Yanvar 2018 13:08

Dünyanın ən böyük rəqəmsal video platformalarından olan “Youtube”da Azərbaycanın  Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb.

Dəmir yolu vağzalında heroin satmaq istəyən yaxalandı

29 Yanvar 2018 12:54

Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakıda oğuru qadın saxlanıb

29 Yanvar 2018 12:52

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

29 Yanvar 2018 12:51

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Mərkəzdən verilən məlumatda bildirilir ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 28 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 29‑dan fevralın 9-dək