Gündəm
Məktəblilər arasında intellektual oyun keçirilir
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib. İntellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Radikal müxalifətin növbəti şousu
"Bildiyimiz kimi Bayıl yamacındakı torpaq sürüşməsindən sonra sakinlər problemlə üzləşiblər. Unutmayaq ki, təbii fəlakətlərdən heç bir dövlət siğortalanmayıb. Bayıl yamacındakı torpaq sürüşməsi də belə hadisələrdən biridir". “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, hazırda aidiyyatı dövlət qurumları tərəfindən sakinlərin başqa ərazilərdə yerləşdirilməsi və problemin həll olunması istiqamətində ciddi tədbirlər görülməkdədir: "Lakin müxalifət bu hadisəni də boş keçmədi. Məqsədli şəkildə belə şayiələr yayılır ki, guya ki insanlar polis tərəfindən zorla evlərindən çıxarılır, onlara kompensasiya verilmir, ac-susuz saxlanılır və s. Lakin boş yerə hikkələniblər".
Türk əsgərindən Qarabağ mesajı
Türkiyə Silahlı Qüvvələrinin Suriyada antiterror əməliyyatları davam edir. "Zeytun budağı" adı altında davam edən hərbi əməliyyatlar çərçivəsində facebook sosial şəbəkəsində Türk ordusundan Azərbaycana, Qarabağa dəstək anlamı daşıyan maraqlı foto paylaşılıb. “OLAYLAR” xəbər verir ki, fotoda göstərilən raketin üzərində “Azərbaycan, Qarabağ, Zeytun budağı” sözləri yazılıb.
Əməkdar artist illərdir gizlətdiyi saray kimi villasında çəkilişə icazə vermədi
Ötən gün "Evdəkilərə salam" verilişinin qapısını döydüyü məşhur əməkdar artist Yusif Mustafayev olub. Yusif Mustafayev paytaxtda illərdir efirlərdən gizlətməyə çalışdığı villasında çəkilişə icazə verməyib. O çəkiliş qrupunu eyni həyətdə oğlu üçün ayrı tikdiyi villada qəbul edib.
Türkiyədə "Zeytun budağı" SORĞUsu - NƏTİCƏLƏR
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Zeytun budağı" əməliyyatını türklərin 85 faizi dəstəkləyir. Bu göstərici MAK araşdırma şirkətinin 20-26 yanvar tarixləri arasında 30 şəhər, 23 vilayət və 154 rayonda 5496 nəfərlə keçirdiyi sorğunun nəticəsində əldə olunub. Rəyi soruşulanların 85 faizi əməliyyatı dəstəklədiyini, 68 faizi isə bu əməliyyatda iştirak etməyə hazır olduğunu bildirib. Vətəndaşların 82 faizi "Zeytun budağı"nın uğurlu olacağına inanır. Respondentlərin 90 faizi PYD/PKK terrorçularının arxasında ABŞ-ın dayandığını düşünür.
Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən konsert
Yanvarın 27-də İstanbulda Yahya Kamal Beyatlı konsert sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş möhtəşəm konsert proqramı keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” və “Koroğlu” Milli Baleti rəqs proqramı ilə çıxış edib.
MTRŞ: ARB-nin şou verilişlərində narahatlıq doğuran hallar baş verir
“Monitorinqlər zamanı telekanallarda reklam və sponsorluqla bağlı müəyyən pozuntular müşahidə olunur”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, belə halların kütləviliyinin qarşısı MTRŞ tərəfindən alınır: “Xüsusilə yayımçıların reklamlarını praym-taym zamanında yerləşdirmək cəhdləri və sponsor reklamları ilə adi reklam blokları və tele-ticarət bloklarının eyni saatda verilməsi müəyyən problemlərin yaranmasına səbəb olur”.
Sosial şəbəkədə terroru təbliğ etdilər
İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək
İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.
Lənkəran meyeri - Yeni limon növü
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran çay filialı ilə birgə çay və sitrus bitkilərinin müxtəlif növləri üzərində elmi tədqiqat işləri aparıb. Olaylar.az bildirir ki, məqsəd yerli şəraitdə az yayılmış növlərin morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, keyfiyyət göstəricilərinə görə yeni növlərin seçilməsi və yaradılmasıdır.
Prezidentin iştirakı ilə konfrans keçirilir- YENİLƏNİB
Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. Məlumata görə, prezident İlham Əliyev konfransda iştirak edir.
İraq və Suriyada döyüşlərdə 300 Azərbaycan vətəndaşı ölüb - RƏSMİ
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".
Bayıldakı sürüşmə ilə bağlı SON QƏRAR nə vaxt veriləcək?
Hazırda Bayıl yamacında sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edilmir, vəziyyət stabildir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Röyadan Lalə və İradəyə cavab: "Sizdən pul istəyən yoxdur"
Əməkdar artist Lalə Məmmədovanın Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirməsi odu közərmiş qalmaqalı yenidən alovlandırıb. Məmmədovanın dediklərinə ilk cavab verən isə prodüser Tolik olub və o, yenə Röyanın müdafiəsinə qalxıb. Məsələyə əməkdar artist Röya Ayxan da münasibət bildirib.
Ata 7 yaşlı oğlunun ayağını sındırdı
39 yaşlı ata əlifbada hərf ardıcıllığını unudan oğlunun ayağını sındırıb. Hadisə Rusiyanın şərqində yerləşən Kamçatkada baş verib. 7 yaşlı oğluna əlifba öyrədən ata hərfləri yadda saxlaya bilmədiyi üçün uşağa əsəbiləşib. Əsəblərini cilovlaya bilməyən ata uşağı qolundan tutaraq yerə itələyib. Ayaqları ilə uşağın diz qapaqlarını tapdalayıb sındırıb.
.jpg)







.jpg)




