Gündəm

Prokurorluq dələduz vəkilin həbs olunmasını istəyir

29 Yanvar 2018 12:13

Vəkillər Kollegiyasının sabiq üzvü Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə prosesin keçirilib. Əfsər Talıbov Mehman Səmədovun 22 min 900 manatını dələduzluq yolu ilə ələ keçirib. Məlum olub ki, Əfsər Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib.

Körpələri “xodunoka”qoymaq ziyandır – Həkimdən ciddi xəbərdarlıq

29 Yanvar 2018 12:12

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə “xodunok” deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.

Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib

29 Yanvar 2018 12:06

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölmədə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında cari ilin ilk açıq dərsi təşkil olunub.

Rafael Ağayev qızıl medalı son anda əldən verdi

29 Yanvar 2018 12:04

Azərbaycanın məşhur karateçisi qızıl medalı son anda əldən verib.Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, milli komandanın lideri Rafael  Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Fələstin ABŞ-ı Rusiya ilə əvəz edir? – RƏSMİ BƏYANAT

29 Yanvar 2018 12:02

Fələstin və İsrail liderlərinin birbaşa danışıqları hələ planlaşdırılmır.  Bu haqda Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl bildirib.

Nazir istefa ərizəsini geri götürüb

29 Yanvar 2018 12:00

“Ermənistanın energetika infrastrukuru və təbii ehtiyatlar naziri Aşot Manukyan istefa ərizəsini geri götürüb və yenidən iş başına qayıdıb”. Bunu nazirin mətbuat katibi Vasak Tarpoşiyan bildirib.

Bakıdan gedən erməni Qarabağ həqiqətlərini açıb İrəvanı BİABIR ETDİ

29 Yanvar 2018 11:58

Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyan acınacaqlı vəziyyətdə yaşadıqlarından, hakimiyyətin onları insan yerinə qoymamasından danışıb.

Dağlıq Qarabağda erməni əsgəri öldü

29 Yanvar 2018 11:56

Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərində növbəti itkisini verib. Dağlıq Qarabağın şimal hissəsində yerləşən hərbi hissələrdən birində xidmət edən Ovsep Qriqoryan (1998-cı il təvəllüdlü) ölüb. İlkin məlumatlara görə, o, silahla ehtiyatsız davranma nəticəsində ölümcül güllə yarası alıb. 

Anadan DƏHŞƏTLİ ƏMƏL

29 Yanvar 2018 11:52

Ana sosial yardım almaq üçün 2 uşağını zəhərləyərək öldürdü. Hadisə Avstraliyada baş verib. 51 yaşlı ana Meri Krebtri oğlu Conatanı və qızı Erini zəhərləyərək öldürüb. Qadın uşaqlarının ölümü üzərindən milyonlarla dolar qazanıb.

ABŞ-ın dağıdıcı planı İFLAS ETDİ - “B planı” bu gün İŞƏ DÜŞÜR

29 Yanvar 2018 11:51

Bu gün Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi başlayır.  Suriya münaqişəsinin siyasi tənzimlənməsi prosesinə dəstək üçün keçirilən konqres Rusiya, İran və Türkiyənin təşkilatçılığı ilə keçirilir.

Yolun buz bağlaması qəzaya səbəb olub

29 Yanvar 2018 11:47

Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib. “Olaylar” xəbər verir ki, “Mercedes”, “Hundai” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Qurbanov Qəyyum Novruz oğlu və 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. İkincinin vəziyyəti ağırdır.

Bakıda “KamAZ” aşıb-yaralanan var

29 Yanvar 2018 11:46

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtoqəza Nobel prospektində qeydə alınıb.Belə ki, 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu “KamAZ” markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Qaradağda 3 otaqlı ev yanıb

29 Yanvar 2018 11:43

Bakıda yanğın hadisəsi baş verib.“Olaylar”ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonu, Buta Qəsəbəsində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağı 40 m² sahədə yanıb.

3-cü sinif dərsliyində ədəbsiz hekayə

29 Yanvar 2018 11:42

Türkiyədə 3-cü sinif dərsliyində yazılan hekəyə valideynlər arasında narazılığa səbəb olub. Sosial şəbəkədə yayılan fotolara görə Türkiyədə 3-cü sinif dərsliyində əxlaqsızlıq təbliğ olunur.

Qadını qatarın altına itələyən şəxs: Şeytanın əmrini yerinə yetirdim - VİDEO

29 Yanvar 2018 11:40

Braziliyada gənc bir qadını metro stansiyasında bir şəxs platformaya daxil olan qatarın önünə itələyib. San Pauloda yaşanan olayda relslər arasındakı boşluğa düşən gənc qadın inanılmaz bir şəkildə sağ qalıb. Yaralanan qadın xəstəxanaya çatdırılıb. Onu itələyən adamsa səlahiyyətlilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əqli qüsurlu olduğu düşünülən şəxs ifadəsi zamanı "Şeytanın əmrini yerinə yetirdim" deyib.