Fələstin ABŞ-ı Rusiya ilə əvəz edir? – RƏSMİ BƏYANAT
Fələstin və İsrail liderlərinin birbaşa danışıqları hələ planlaşdırılmır. Bu haqda Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl bildirib.
29 Yanvar 2018 12:02 DünyaFələstin və İsrail liderlərinin birbaşa danışıqları hələ planlaşdırılmır. Bu haqda Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bu gün Moskvaya səfər edəcək. Fevralın 12-də isə Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri nəzərdə tutulub. İki liderin Rusiya paytaxtına səfəri onların görüş ehtimalı və danışıqlarda Moskvanın vasitəçiliyinə dair fikirlər səslənir. "Yox, belə görüş tamamilə planlaşdırılmır. İndi Mahmud Abbas və Benyamin Netanyahunun görüşü barəsində heç bir plan yoxdur", - agentliyin həmsöhbəti deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Fələstin İsraillə sülh danışıqlarında Vaşinqtonun vasitəçiliyindən imtina edib. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.