Gündəm

Bakının mərkəzində baş verən partlayışda yaralananın SON DURUMU

29 Yanvar 2018 11:38

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Axtarışda olan 25 nəfər tutulub

29 Yanvar 2018 11:36

2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Paytaxtda bıçaqlanma hadisəsi baş verib

29 Yanvar 2018 11:34

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə paytaxtın NZS qəsəbəsində qeydə alınıb. Belə ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Düşmən 114 dəfə atəşkəsi pozub

29 Yanvar 2018 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir

29 Yanvar 2018 11:32

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Fazil Məmmədov əmlakını satışa çıxarıb- BU İŞLƏ SABİQ NAZİRİN BACISI OĞLU MƏŞĞUL OLUR

29 Yanvar 2018 11:30

Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb. Keçmiş nazir bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Diskoveri” maşını satılıb. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

The House of Representatives of the U.S. State of New Mexico passes a resolution honoring the 100th anniversary of Azerbaijan Democratic Republic

29 Yanvar 2018 11:30

The House of Representatives of the State of New Mexico of the United States passed a resolution (memorial) on January 26, 2018, honoring the 100th anniversary of the establishment of the Azerbaijan Democratic Republic. Co-sponsored by several legislators, the resolution was passed unanimously at the plenary session of the House of Representatives. 

Mikayıl Cabbarov vergi yoxlamalarını dayandırdı- 1 YANVAR 2021-Cİ İL TARİXİNƏDƏK

29 Yanvar 2018 11:29

Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb. Bu barədə hökumətdəki mənbədən məlumat daxil olub.

Baş nazirin corabları- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

29 Yanvar 2018 11:28

Bəlkə də bu corabları Castin Biber geyinsəydi, heç bir ciddi marağa səbəb olmazdı. Amma al-əlvan corabları ilə gündəmə gələn Castin Trüdodur, Kanadanın baş naziri.

Nyu Meksiko ştatının Nümayəndələr Palatasında ADR-in 100 illiyi ilə bağlı QƏTNAMƏ

29 Yanvar 2018 11:28

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə olunub. Olaylar.az bildirir ki, ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası  tərəfindən  Azərbaycan Demokratik Respublikasının yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib. Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.

Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - İstiyə görə

29 Yanvar 2018 11:26

Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 50 mindən çox ev işıqsız qalıb. Buna səbəb havanın temperaturunun 40 dərəcəyə çatması olub. Belə ki, elektrik enerjisinə artan qəfil tələbat transformatorların və paylayıcı şəbəkələrin işində problemlərin yaranmasına gətirib çıxarıb.

Natavan bunu İLK DƏFƏ AÇDI- VİDEO

29 Yanvar 2018 11:25

“ATV maqazin onlarla” verilişinin qonağı olan Natavan Həbibi ilk dəfə Xalq artisti Aygün Kazımova ilə münasibətlərinin pozulması haqqında danışıb. Natavan Həbibi küsülü olduğu Aygün Kazımova ilə illərdir görüşmədiyini bildirib.

Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK - Başını yastığa sıxaraq... - VİDEO

29 Yanvar 2018 11:18

Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb. Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.

Daha bir canlının nəsli kəsildi

29 Yanvar 2018 11:16

Şərq puması Amerikanın yox olma təhlükəsində olan vəhşi heyvanlar siyahısından çıxarılaraq nəsli kəsilmiş heyvanlar siyahısına daxil edilib. Bu barədə məlumatı ABŞ-ın Balıq resurslarının və vəhşi heyvanların mühafizə xidməti yayıb.

26 yaşlı müəllimə intihar etdi

29 Yanvar 2018 11:14

Oğuz rayon Bayan kəndində iki uşaq anası intihar edib. Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Qəribə Mikayılova yaşadığı evin həyətində asılmış halda aşkar edilib.