Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - İstiyə görə

Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 50 mindən çox ev işıqsız qalıb. Buna səbəb havanın temperaturunun 40 dərəcəyə çatması olub. Belə ki, elektrik enerjisinə artan qəfil tələbat transformatorların və paylayıcı şəbəkələrin işində problemlərin yaranmasına gətirib çıxarıb.

Bu gün səhər saatlarından etibarən əhalinin elektrik enerjisi ilə təminatı tədricən bərpa olunub, lakin təqribən min nəfər hələ də işıqsızdır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31