Bakının mərkəzində baş verən partlayışda yaralananın SON DURUMU

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 fazi yanıb. L.Bayramova xəstənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31