Bakıda “KamAZ” aşıb-yaralanan var

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtoqəza Nobel prospektində qeydə alınıb.Belə ki, 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu “KamAZ” markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtoqəza Nobel prospektində qeydə alınıb.Belə ki, 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu "KamAZ" markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb. Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə, başqa bir avtomobil R. İsgəndərovun qabağında sağ-sol manevrləri edib, o da idarəetməni itirib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31