Radikal müxalifətin növbəti şousu
"Bildiyimiz kimi Bayıl yamacındakı torpaq sürüşməsindən sonra sakinlər problemlə üzləşiblər. Unutmayaq ki, təbii fəlakətlərdən heç bir dövlət siğortalanmayıb. Bayıl yamacındakı torpaq sürüşməsi də belə hadisələrdən biridir". “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, hazırda aidiyyatı dövlət qurumları tərəfindən sakinlərin başqa ərazilərdə yerləşdirilməsi və problemin həll olunması istiqamətində ciddi tədbirlər görülməkdədir: "Lakin müxalifət bu hadisəni də boş keçmədi. Məqsədli şəkildə belə şayiələr yayılır ki, guya ki insanlar polis tərəfindən zorla evlərindən çıxarılır, onlara kompensasiya verilmir, ac-susuz saxlanılır və s. Lakin boş yerə hikkələniblər".
29 Yanvar 2018 12:49 Sosial"Bildiyimiz kimi Bayıl yamacındakı torpaq sürüşməsindən sonra sakinlər problemlə üzləşiblər. Unutmayaq ki, təbii fəlakətlərdən heç bir dövlət siğortalanmayıb. Bayıl yamacındakı torpaq sürüşməsi də belə hadisələrdən biridir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, hazırda aidiyyatı dövlət qurumları tərəfindən sakinlərin başqa ərazilərdə yerləşdirilməsi və problemin həll olunması istiqamətində ciddi tədbirlər görülməkdədir: "Lakin müxalifət bu hadisəni də boş keçmədi. Məqsədli şəkildə belə şayiələr yayılır ki, guya ki insanlar polis tərəfindən zorla evlərindən çıxarılır, onlara kompensasiya verilmir, ac-susuz saxlanılır və s. Lakin boş yerə hikkələniblər".
Əkrəm Həsənov qeyd edib ki, sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250-yə yaxın evin qeydiyatı tamamlanmaq üzrədir: "Proses tam yekunlaşan kimi, köçürülmüş vətəndaşlar yaşayış üçün hər şeylə təmin olunacaqlar".