Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən konsert

Yanvarın 27-də İstanbulda Yahya Kamal Beyatlı konsert sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş möhtəşəm konsert proqramı keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” və “Koroğlu” Milli Baleti rəqs proqramı ilə çıxış edib.

Yanvarın 27-də İstanbulda Yahya Kamal Beyatlı konsert sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş möhtəşəm konsert proqramı
keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Müslüm Maqomayev
adına Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" və "Koroğlu" Milli Baleti rəqs proqramı ilə çıxış edib. Konsertdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, İstanbul Baş Konsulu Məsim Hacıyev, AKParti İğdır millət vəkili Nurəddin Aras, İstanbul Küçükçekmece İcra Hakimiyyətinin başcısı Harun Kaya, bir çox dost ölkələrin İstanbuldakı diplomatik korpusunun nümayəndələri, İstanbuldakı Azərbaycan icmasının qabaqcıl nümayəndələri, çoxlu sayda
yerli vətəndaş iştirak edib.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31