Məktəblilər arasında intellektual oyun keçirilir
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib. İntellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
29 Yanvar 2018 12:50 SosialMəktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. "OLAYLAR" xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib. İntellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər. Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin komandası I, 312 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Zəngi liseyinin komandası isə II yeri tutub.
Qalib komandalar kubok, medal və diplomla təltif edilib.