Daha bir yaşayış məntəqəsi qazlaşdırılıb
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İostehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
29 Yanvar 2018 13:11 Sosial"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İostehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.