Məşhur müğənni həbsxanaya düşdü
Məşhur türkiyəli müğənni Seren Serengil həmkarı Gülbən Ərgən tərəfindən həbsxanaya salındı. Olaylar.az bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub. Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır.
29 Yanvar 2018 13:12 DünyaMəşhur türkiyəli müğənni Seren Serengil həmkarı Gülbən Ərgən tərəfindən həbsxanaya salındı. Olaylar.az bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub.
Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır.
Seren Serengili həbsxanada olduğu müddətdə onu aparıcı olduğu verilişdə digər həmkarı, yaxın günlərdə barışdığı Demət Akalın əvəz edəcək.
Müğənninin həbsinə qərar verildikdən sonra Türkiyə şou -biznesi Gülbən Ərgəni qınayaraq, sosial şəbəkə hesablarından Serene dəstək oldular.