“Boogie Woogie” - Beynəlxalq Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin “Boogie Woogie” adlı konserti keçirilib. Olaylar.az bildirir ki, İsveçrədə "Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlayıb. Tənqidçilər ifaçının texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər.
29 Yanvar 2018 13:15 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin "Boogie Woogie" adlı konserti keçirilib.
Olaylar.az bildirir ki, İsveçrədə "Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlayıb.
Tənqidçilər ifaçının texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər.
Konsertdə ilk olaraq İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tanınmış İsveçrəli pianoçu Boogie Woogie və blüz ifaçısı Silvan Zingg haqqında geniş məlumat verdi. Bildirdi ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə coşqun cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonra İsveçrənin Azərbaycandakı səfirliyi "Boogie Woogie" üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəlib.
Daha sonra Silvan Zingg Azərbaycanda olmağından məmnunluğunu bildirdi ki, şəhəriniz gözəldir, çox xoşuma gəldi. "Sizin musiqiniz, xüsusilə muğam və onun cazla sintezi qeyri adidir".
İfaçı gecədə caz bluz və "Boogie Woogie" üslubunda musiqilər ifa etdi.