Türkiyə-Yunan sərhədində gərginlik
Ötən gün Yunanıstanın müdafiə naziri Panos Kamenos bir hərbi qayıqla Türkiyənin Kardak Adalarına çələng qoymaq istəyib. Yunan gəmiləri Türk dəniz hüdudunu pozublar. Türkiyə Silahlı Qüvvələri və Hərbi Dəniz Donanması birlikləri dərhal hərəkətə keçiblər. Yunan nazirin qayığının qarşısı Türk Sahil Müdafiə katerləri tərəfindən kəsilib.
29 Yanvar 2018 13:14 DünyaÖtən gün Yunanıstanın müdafiə naziri Panos Kamenos bir hərbi qayıqla Türkiyənin Kardak Adalarına çələng qoymaq istəyib. Yunan gəmiləri Türk dəniz hüdudunu pozublar. Türkiyə Silahlı Qüvvələri və Hərbi Dəniz Donanması birlikləri dərhal hərəkətə keçiblər. Yunan nazirin qayığının qarşısı Türk Sahil Müdafiə katerləri tərəfindən kəsilib. Onun Kardak Adalarına yaxınlaşmasının qarşısı alınıb. Türk Hərbi Donanmasının 6 hərbi gəmisi və helikopterlər bölgəni tam nəzarətə alıblar. Türk dənizçilər yunanlara ratsiyadan " Mehtər Marşı" və "İzmir Marşı" (Yaşa Mustafa Kamal Paşa) marşını dinlədiblər. Yunanlar kor-peşman öz ərazilərinə çəkiliblər.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.