Gündəm
Azadlıq köləlikdir? - pul kölələri təşvişə düşüb
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilmə tarixi razılaşdırılır
"İran Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasının keçirilməsinə hazırdır". Bunu İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib. Nazir qeyd edib ki, iclasın keçirilməsi üçün bütün lazımi işlər görülüb: "Hazırda İran tərəfi Azərbaycanın iclasın keçirilmə vaxtını dəqiqləşdirməsini gözləyir".
"Paytaxtda subasma sahələri aktivləşib" - Nazirlik
Bakıda bəzi subasma sahələrində aktivlik müşahidə edilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Ekspedisiya rəisi bildirib ki, Şuşa şəhərciyi və Daş Karxanası yaşayış massivində subasma prosesinin dinamikasında aktivləşmə baş verib.
"Sovetski"də böyük söküntünün ikinci mərhələsinə hazırlıq gedir
Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin söküntü işləri ilə bağlı ikinci mərhələni başlamağı planlaşdırır.
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri, general-polkovnik Rüstəm İnoyatov tutduğu vəzifən azad edilib. Bu barədə “Ferqana” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Onun yerinə ölkənin baş prokuroru İxtiyar Abdullayev təyin olunub.
Ukraynada azərbaycanlı naziri işdən çıxardılar
Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırılmış Roman Nəsirovun çıxarılması haqda qərar qəbul edib. Müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.
İranda qadınlar geyim qaydalarına qarşı yenə etiraza qalxdı
İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər. Qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.
AMEA prezidenti: "ANS Zoologiya İnstitutunun binasını boşaldır"
"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar". A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.
Bəbir dananı parçaladı
Yanvarın 30-da Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib.
Ermənistanda tüğyan edən inflyasiya süd bazarını da çökdürdü
Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub. Bu barədə Ermənistan KİV-ləri yazır.
“Regionların inkişafı postsovet dövrünün çağırışlarına uyğun olaraq davam etdirilir”
“Regionların inkişafı üçün sistemli yanaşmanın olması vacib idi və dövlət proqramları məhz belə bir yanaşmanı ortaya qoydu”. Bunu regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən İqtisadi və Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Dini Komitə Xızıda seminar-müşavirə keçirib
Yanvarın 31-də Xızı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə yerli icra hakimiyyəti və DQİDK-nın nümayəndələri, dini icma rəhbərləri, rayon ziyalıları, eləcə də gənclər iştirak ediblər.
Yarış qalibləri mükafatlandırılıb
Məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Aktyorları mükafata layiq görülüb
Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən "Azerbaijan Best Awards" mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub. Tədbirdə Musiqili Teatrın iki aktyoru – sevimli gülüş ustası, Əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”, gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli "İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.
Regional proqramlar bölgələrdə nəqliyyat infrastrukturunu yaxşılaşdırıb
14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün parametrləri üzrə Azərbaycanın inkişafına təkan verdi, onun dünya iqtisadiyyatında yeri və rolunu müəyyənləşdirdi. Dövlət proqramlarının icrası nəticəsində paytaxtla yanaşı regionlarda da infrastruktur yaradıldı, yeni sənaye müəssisələri açıldı, sovetlərin zamanından fəaliyyəti dayandırılmış zavodlar yenidən fəaliyyətə başladı. Bütün bunlar ölkədə məşğulluğun səviyyəsinin artırılması və işsizlik probleminin aradan qaldırılmasına öz müsbət təsirini göstərdi.














