Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib (FOTO)

Çinin CC7 şirkəti ilə mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Mikayıl Cabbarov Çinin "China National Chemical Engineering & Construction Corporation Seven" (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.

Görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib (FOTO)

Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31