Yarış qalibləri mükafatlandırılıb
Məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
31 Yanvar 2018 16:13 SosialMəktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. "OLAYLAR" xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 129, 272 və 251 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.
Qaliblər medal və diplomla təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31