Gündəm
Qiyamçı diplomatdan Əli Kərimliyə qarşı sarsıdıcı bəyanat: “Siyasəti murdarladın, iyrənc mübarizəyə çevirdin...”
Azərbaycanın Hollandiyadakı keçmiş konsulu, istefa verərək mühacirətdə müxalifətçilik fəaliyyətinə başlayan Nahid Cəfərov AXCP sədri Əli Kərimliyə qarşı sarsıdıcı videobəyanatla çıxış edib. Qiyamçı diplomatın bu çıxışı YouTube şəbəkəsində yayılıb. Nahid Cəfərovla Əli Kərimli arasındakı münaqişənin səbəbi isə keçmiş diplomatın AXCP sədrini özünün Facebook səhifəsində yüngülcə tənqid etməsidir.
Transfer tarixində BİR İLK
Türkiyənin Sakarya şəhərinin təmsilçisi olan “Harunustaspor” klubu futbol tarixində bir ilkə imza atıb. Klub 22 yaşlı Ömər Faruk Kıroğlu adlı futbolçunu kriptovalyuta ilə transfer edib. Klub yeni futbolçusu üçün 0,0524 bitkoin (2000 tl) və 2500 tl ödəyib.
Keçmiş məhkumdan 2 kq heroin götürülüb
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, keçirilən əməliyyat nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.
Nazir vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ümumilikdə 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda, müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.
Sərkisyan bərk narahatdır
“Bilərşmiş Ştatların Maliyyə Nazirliyinin gələcəkdə sansksiyayla üzləşə biləcək rusiyalıların yer aldığı "Kreml siyahısı" açıqlanar-açıqlanmaz forpostbaşı Serj Sərkisyanın Ermənistanın Xarici İşlər Nazirliyinə gedərək orada milli təhlükəsizlik strategiyasına dəyişiklik etmənin vaxtının gəlib çatdığını bildirməsi, fikrimcə, elə-belə deyil”.
Ötən il 461 əlil işlə təmin edilib
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir.
Türkiyədə dövlət qurumlarından 100 mindən çox işçi qovulub
Türkiyədə Gülən hərəkatı ilə mübarizə çərçivəsində 110 778 nəfər dövlət qurumlarından xaric edilib. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib ki, onlardan 3604-ü hərəkatda iştirak etmədikləri müəyyən olunduqdan sonra iş yerlərinə bərpa olunub.
Moskvada 1 gündə 700 yol-nəqliyyat hadisəsi baş verib
Moskvada ötən bir sutka ərzində 700-ə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb. Məlumata görə, sinoptiklər 30-31 yanvar tarixlərində Rusiya paytaxtında güclü qar proqnozlaşdırıblar. RF Fövqəladə Hallar Nazirliyi Mərkəzi regionun subyektləri ərazisində yolların buz bağlayacağı barədə xəbərdarlıq edib. Artıq ötən sutka ərzində, yanvarın 30-da Moskvada maddi zərərlə nəticələnən 691 yol-nəqliyyat hadisəsi baş verib.
AMEA prezidenti: "ANS Zoologiya İnstitutunun binasını boşaldır"
"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar". A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.
Azərbaycanın geosiyasi əhəmiyyəti artır
Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir.
Pentaqondan Menbiç açıqlaması: ABŞ türk ordusu ilə üz-üzə...
Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk. Bu sözləri “Xəbərtürk” müxbiri Nalan Koçakın “Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?” sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.
Gənclər Fondu BMT-da təsis olunan mükafata layiq oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülmüşdür.
Bu gecədən Kiçik çillə başlayır
Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə sona çatır və Kiçik çillə başlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası, fəlsəfə doktoru Elçin Qaliboğlu bildirib ki, xalq düşüncəsində konkret saat hesabı yoxdur: "Xalq düşüncəsində mifoloji zaman var. Bu zaman xalqın dərin müşahidələrinə əsaslanıb. Əvvəlcədən qəbul edilib ki, qış daxil olandan sonra 40 gün ərzində Böyük çillədir, ondan sonrakı dövr, təxminən 3 həftə kiçik çillə adlanır. Ondan sonra isə Boz ay ("Qara yaz") gəlir. Təbiətin çətinliklərini bölüblər ki, insanlar proseslərə daxilən, ruhən hazır olsunlar və bu mərhələləri rahat aşa bilsinlər. Türk düşüncəsində "heç zaman arxayınlaşmamaq", "çətinliyi axıradək, inamla yenmək" inadı, inancı var. Bu düşüncə insanı daxildən kökləyir".














