Nazir vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ümumilikdə  20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda,  müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, ümumilikdə  20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda,  müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı,  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.    

İdman sahəsində  fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular  vətəndaşlar tərəfindən  bu sahədə edilən müraciətlər sırasında öz əksini tapıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31