TRIPP ətrafında Rusiya-İran rəqabəti: Proses niyə ləngiyir?- ÖZƏL
16:53 SiyasətTehran Ermənistanın Baş naziri Nikol Paşinyana "Tramp Yolu" (TRIPP) ilə bağlı yeni şərt irəli sürüb. İran layihənin təhlükəsizliyinin yalnız Ermənistan və ya artıq ölkədə yerləşən üçüncü ölkənin, ehtimalən Rusiyanın, qüvvələri tərəfindən təmin edilməsini tələb edir. Tehran bununla Ermənistan ərazisində ABŞ hərbçilərinin yerləşdirilməsinin qarşısını almağa çalışır.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Aydın məsələdir ki, burada əsas məsələ ABŞ-nin qüvvələrini və onun dəstələrini bölgəyə buraxmaqdır. Bəs buna görə də İran açıq şəkildə TRIPP dəhlizinin Zəngəzur yolu üzərindən açılmasını istəmir və buna görə, məsələn, xarici qüvvələrin üçüncü tərəf vasitəsilə bura dəvət edilməli olduğunu bildirir. Bu, ilk dəfə deyil, İran bölgəyə xarici qüvvələrin, məsələn, ABŞ-ın müdaxiləsinin qarşısını almaq istədiyini bildirir. Dəfələrlə vurğulanıb, ABŞ şəxsinə də vurğulanıb, hətta Türkiyə şəxsinə də dəfələrlə bildirilib ki, İran burada xarici qüvvə istəmir və faktiki olaraq, dolayı yolla burada elan olması ki, hazırda bölgədə mövcud olmaq üçün bir dövlət ola bilər. Yəni İran bölgədə TRIPP dəhlizi ilə bağlı mövcudluğunu müdafiə etmiş olur.
Bundan demək olar ki, İran və Rusiya ittifaqı Qafqazda hələ də öz mövcudluğunu sürdürür, faktiki olaraq, İran və Rusiya paralel əkildə fəaliyyət göstərirlər və qərarlar alırlar. Məsələn, ona görə də İran açıq şəkildə ABŞ-ın bölgəyə gəlməsinin, ABŞ-ın TRIPP dəhlizində iştirakının əleyhinə olduğunu bildirir və Rusiyanın bu dəhlizdə qalmalı olduğunu bildirir . Bu Ermənistan siyasəti ilə ziddiyət təşkil edir. Çünki Paşinyan əvvəldən açıq şəkildə bildirib ki, o, TRIPP dəhlizinin açılmasına maraqlıdır. ABŞ da açıq şəkildə iştirakının mümkünlüyünü bilir, qərbin burada iştirakının mümkünlüyünü bilir və hətta bundan əvvəl Paşinyan Rusiya Dəmir Yollarına Ermənistanın məhz həmin ərazilərindən keçən dəmir yollarının üçüncü bir ölkəyə satılmalı olduğunu bildirib. Yəni o əvvəldən deyirdi ki, Rusiyanın nəzərində olduğu halda burada pul qoymayacaqlar, sərmayə yatırılmayacaq, iştirakdan qaçacaqlar.
Yəni Ermənistan nəinki TRIPP dəhlizinin təhlükəzsizliyini Rusiyaya vermək, hətta Rusiyanın burada olan, Rusiyanın nəzarətində olan dəmir yollarının şəbəkələrini, məsələn, Rusiyanın nəzarətindən çıxarmaq istəyir.
Aydın məsələdir ki, bütün bunlar həm dəhlizin açılmasına, həm də regionda əməkdaşlığın başlamasına mane olur, müddətini uzadır, gecikdirən hallardır. Hazırda rəqabət gedir və rəqabətin ortasında işlər yavaşlayır və ləngiyir"
Zeynəb Mustafazadə