Transfer tarixində BİR İLK

Türkiyənin Sakarya şəhərinin təmsilçisi olan “Harunustaspor” klubu futbol tarixində bir ilkə imza atıb. Klub 22 yaşlı Ömər Faruk Kıroğlu adlı futbolçunu kriptovalyuta ilə transfer edib. Klub yeni futbolçusu üçün 0,0524 bitkoin (2000 tl) və 2500 tl ödəyib.

Türkiyənin Sakarya şəhərinin təmsilçisi olan "Harunustaspor" klubu futbol tarixində bir ilkə imza atıb. Klub 22 yaşlı Ömər Faruk Kıroğlu adlı futbolçunu kriptovalyuta ilə transfer edib. Klub yeni futbolçusu üçün 0,0524 bitkoin (2000 tl) və 2500 tl ödəyib.

Transfer qarşılığında məbləğin bu formada ödənilməsi klubun prezidenti Haldun Şəhid tərəfindən təklif edilib. O, bildirib ki, transferin məhz bitkoinlə edilməsi dünyaya səs salmaq məqsədi daşıyır.

Qeyd edək ki, Ömər Faruk dünyada kriptovalyuta qarşılığında transfer olunan ilk futbolçudur. O, bu təklifi qəbul etməsini yeniliklərə açıq insan olması ilə əsaslandırıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31