Pentaqondan Menbiç açıqlaması: ABŞ türk ordusu ilə üz-üzə...

Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk. Bu sözləri “Xəbərtürk” müxbiri Nalan Koçakın “Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?” sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.

Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk. Bu sözləri "Xəbərtürk" müxbiri Nalan Koçakın "Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?" sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.

"Bunu edərkən Türkiyənin təhlükəsizlik qayğılarını nəzərə alırıq. İŞİD-ə göstərilən təzyiqin azalmamasına çalışırıq. Bu problem ancaq qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-dakı müttəfiqimizin yanındayıq. Türk rəsmilərlə həll barədə müzakirələrimizi davam etdirəcəyik", - Qallovey bildirib.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyənin Menbiç əməliyyatına başlayacağı halda belə əsgərlərini ərazidən çəkməyəcəyini bildirmişdi. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31