Sərkisyan bərk narahatdır
“Bilərşmiş Ştatların Maliyyə Nazirliyinin gələcəkdə sansksiyayla üzləşə biləcək rusiyalıların yer aldığı "Kreml siyahısı" açıqlanar-açıqlanmaz forpostbaşı Serj Sərkisyanın Ermənistanın Xarici İşlər Nazirliyinə gedərək orada milli təhlükəsizlik strategiyasına dəyişiklik etmənin vaxtının gəlib çatdığını bildirməsi, fikrimcə, elə-belə deyil”.
31 Yanvar 2018 15:52 Siyasət"Bilərşmiş Ştatların Maliyyə Nazirliyinin gələcəkdə sansksiyayla üzləşə biləcək rusiyalıların yer aldığı "Kreml siyahısı" açıqlanar-açıqlanmaz forpostbaşı Serj Sərkisyanın Ermənistanın Xarici İşlər Nazirliyinə gedərək orada milli təhlükəsizlik strategiyasına dəyişiklik etmənin vaxtının gəlib çatdığını bildirməsi, fikrimcə, elə-belə deyil".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səslənbdirib. Onun sözlərinə görə, hiss olunur ki, Sərkisyan bərk narahatdır: "Ona görə narahatdır ki, birincisi, ABŞ Rusiyaya qarşı sanksiyanı sərtləşdirəcəyi halda onun forpostunun da bundan zərbə yeyəcəyi şəksizdir. İkincisi, "Kreml siyahısı" nda erməni kökənli bir neçə iş adamı var ki, onlar Sərkisyanla ortaqdırlar. Bu adamlardan bəziləri həm orada hakimiyyətin formalaşmasında müəyyən rol oynayırlar, həm də Ermənistanla Rusiya arasında bütün açıq və gizli iqtisadi ilişgilər, o sıradan da indiyədək tətbiq olunan sanksiyardan yayınılmasına xidmət edən qaranlıq malyyə əməliyyatları onların vasitəsilə reallaşdırılır. Yeri gəlmişkən, həmən adamlardan biri oğrubaşı kimi tanınan Robson ləqəbli Ruben Tatulyandır. Müxtəlif cinayətlərdə adı hallandırılan bu soçili erməni Ermənistanın diplomatik pasportunu daşıyır və deyilənə görə, həm də forpostun xarici işlər nazirini Nalbandyanın müşaviridir".