Dini Komitə Xızıda seminar-müşavirə keçirib
Yanvarın 31-də Xızı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə yerli icra hakimiyyəti və DQİDK-nın nümayəndələri, dini icma rəhbərləri, rayon ziyalıları, eləcə də gənclər iştirak ediblər.
31 Yanvar 2018 16:15 SosialYanvarın 31-də Xızı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda seminar-müşavirə keçirilib. "OLAYLAR"-a Dini Komitədən bildirilib ki, Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə yerli icra hakimiyyəti və DQİDK-nın nümayəndələri, dini icma rəhbərləri, rayon ziyalıları, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. X.Aslanov, eyni zamanda, milli-mənəvi dəyərlərimizin zənginliyindən, qədim zamanlardan bəri ölkəmizdə formalaşan multikultural ənənələrdən söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Ulu Öndərimizin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, milli-mənəvi dəyərlərimizə hər zaman hörmət və qayğı ilə yanaşdığını vurğulayıb. Bildirib ki, bu nümunəvi siyasətin dövlət başçımız tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsi olaraq bu gün ölkəmizdə dini baxımdan stabillik mövcuddur.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmin ictimai təhlükəsizliyə təsiri barədə danışıb.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.