“Regionların inkişafı postsovet dövrünün çağırışlarına uyğun olaraq davam etdirilir”

“Regionların inkişafı üçün sistemli yanaşmanın olması vacib idi və dövlət proqramları məhz belə bir yanaşmanı ortaya qoydu”. Bunu  regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən İqtisadi və Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

"Regionların inkişafı üçün sistemli yanaşmanın olması vacib idi və dövlət proqramları məhz belə bir yanaşmanı ortaya qoydu". Bunu  regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən İqtisadi və Sosial Inkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı ekspertin sözlərinə görə, regionlarda sosial-iqtisadi inkişaf üzrə dövlət proqramlarının icrası həm də Azərbaycanda balanslı iqtisadiyyatın formalaşması baxımından vacib idi. O bildirib ki, regionlarla paytaxt arasında fərqin aradan qaldırılması vacib idi və dövlət proqramları da bunu hədəfləyirdi.

V. Bayramov qeyd edib ki, ötən müddətdə regionlarda infrastrukturun yaradılması müşahidə edilib: "Regionlarda infrastrukturun yaradılması investisiyaların cəlb edilməsi baxımından vacib idi. 2004-cü ildə regionların sosial-iqtisadii inkişafı üzrə dövlət proqramlarının icrası başlananda kommunal xidmətlər fasilələrlə verilirdi. Ötən müddət ərzində əksər rayonlarda kommunal xidmətlərdə fasiləsizlik təmin edilib, eyni zamanda, infrastruktur və nəqliyyat-lojistik xidmətlərinin genişləndirilməsi müşahidə edilib. Eyni zamanda, regionların istehsal və ixrac imkanlarının artırılması önəmli məsələ idi. 2017-ci ildə Azərbaycanın biznes ixracı 24 faiz artaraq 1,5 milyard dollardan çox olub və bunun da 65 faizi regionların payına düşür. Nəticə etibarilə, qeyri-neft sektorunun ixracında və ümumi daxili məhsulun formalaşmasında regionların payının artmasını müşahidə edirik".

Müsahibimiz bildirib ki, son illər, xüsusən, 2014-cü ildən regionların inkişafı sənayeləşmənin dəstəklənməsi istiqamətində davam etdirilir: "Sənaye parkları və sənaye məhəllələrinin yaradılması müşahidə olundu. Nəticə etibarilə, bu, regionlarda sənayeləşmənin dəstəklənməsi, regionların inkişafının yalnız aqrar sektor deyil, həm də sənaye sektoru üzərindən təmin olunmasına imkan yaradır. Regionların inkişafı, xüsusən postsovet dövrünün çağırışlarına uyğun olaraq sənayeləşmə və qeyri-neft ixracına xidmət edən sektorların dəstəklənməsi istiqamətində davam etdirilir. Məşğulluğun təmin edilməsi üçün 2016-cı ildən özünüməşğulluq proqramının icrasına başlanılıb. Proqramın hədəfi ondan ibarət idi ki, dövlətdən yardım alan vətəndaşlar öz bizneslərini formalaşdırsın. Proqram regionların inkişafına müsbət təsir göstərdi və növbəti mərhələdə, xüsusən regionlarda qeyri-neft ixracınının payının artırılması üçün ciddi baxa formalaşdırdı".

V. Bayramovun sözlərinə görə, neftin qiymətinin azalması regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına təsir göstərməyib: "Nəzərə alaq ki, regionlarda əsas infrastruktur neftin qiymətinin yüksək olduğu dövrlərdə formalaşdırılıb. Sonuncu proqramda daha çox xarici sərmayənin cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlər həyata keçirildi. 2014-cü ilə kimi, yəni regionların inkişafı üzrə dövlət proqramlarının icrasının başlandığı 10 il müddətində regionlarda infrastruktur əsaslı şəkildə qurulduğu üçün neftin qiymətinin aşağı düşməsi sonuncu proqramda nəzərdə tutulan məsələlərin icrasına mənfi təsir göstərmədi". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31