Gündəm

Ələt azad iqtisadi zonasında lisenziya və icazələr “bir pəncərə” prinsipi əsasında veriləcək

31 Yanvar 2018 17:41

Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub

31 Yanvar 2018 17:40

Samir Əli Hüseyn oğlu  Axundov Azərbaycan RespublikasıEnergetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. Nazirlikdən verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.

Zaxarova: "Rusiya Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür"

31 Yanvar 2018 17:39

Rusiya Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏTmüşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür. Məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

Bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər

31 Yanvar 2018 17:32

Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Bu qaydalara görə, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Efirdə keçmişi ilə bağlı ŞOK FAKTI AÇIQLADI- VİDEO

31 Yanvar 2018 17:29

Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül Xoşqədəmin verilişində 4 yaşlı uşağına qarşı etdiyi bu amansızlığı ərinin ona işgəncələr verməsi ilə əlaqələndirib.

Solsahil Ukrayna Rusiyaya verilir, iki ölkəyə zərbələr endirilir – ŞOK RAZILAŞMA - VİDEO

31 Yanvar 2018 17:04

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin Ukraynanın bölüşdürülməsini razılaşdırmaq üçün ABŞ-a Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo ilə görüşə gedib.

Bədənin temperaturunu 40 dərəcəyə qaldıran virus xəstəliyindən necə qorunmalı…

31 Yanvar 2018 17:02

Son günlər  bütün Azərbaycanı bürümüş kəskin  virus xəstəliyi insanları qorxuya salmaqdadır. Təkcə uşaqlarda deyil, böyük insanlarda da 40-41 dərəcə temperatur və qusma ilə müşayət olunan bu  kəskin respirator xəstəliyi iynə-dərmana tabe olmur, öldürmürsə də, zəıflədib haldan salır.

Azərbaycan ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda - REYTİNQ

31 Yanvar 2018 17:00

Azərbaycan rusiyalı turistlər üçün ən əlverişli turizm istiqamətləri arasında ilk onluqda yer alıb.

Xocalı uşaqlarına həsr olunmuş film holland dilinə tərcümə edilib

31 Yanvar 2018 16:57

Xocali uşaqlarına həsr olunmuş film Niderland Krallığında fəaliyyət göstərən Odlar Yurdu Cəmiyyəti tərəfindən holland dilinə tərcümə edilib. Bu barədə “OLAYLAR”-a məlumat verən cəmiyyətin sədri Frəngiz Bağırova deyib ki, sözügedən filmin holland dilinə tərcümə edilməsi təşəbbüsü Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Hollandiyada keçirilən anım tədbirləri zamanı səsləndirilib: “Keçən il Ermeni Təcavüzünün Tanıdılması Ictimai Birliyinin sədri Səriyyə Cəfərova Hollandiyada gonaqımız oldu. Həmin vaxt diaspora islərində 5 fəal təskilat bir araya gələrək Xocalı soygırımının 25-ci ildönümünü böyük bir proqramla qeyd etdik. Həmin proqramda Səriyyə Cəfərova Xocalı soygırımın şahidi olaraq istrak etdi və film Holland cəmiyyətinə nümayiş olundu. Daha sonra o, filmin Holland dilinə tərcümə edilməsi arzusunu bildirdi.

40 tonluq kran gəmisi əsaslı təmir olunub

31 Yanvar 2018 16:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atamoğlan Kərimov” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirilib

31 Yanvar 2018 16:54

Vəkil xüsusi təyinatlı vaqondan qaçan məhbuslara görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb. Vəkil Vilayət Nadirov qeyd edib ki, C. Səmədovun səhhəti normaldır və saxlanılma şəraitindən narazı deyil. O bildirib ki, C. Səmədovla bağlı istintaq yaxın müddətdə yekunlaşdırılaraq məhkəməyə göndərilə bilər. Vəkil onu da deyib ki, C. Səmədov əvvəllər aparılmış istintaq hərəkətləri ilə bağlı iş üzrə həbsdə olan müğənni Fədayə Laçınla üzləşdirilib.

İnstaqramda mühüm YENİLİK

31 Yanvar 2018 16:51

İnstaqramda daha bir yenilik tətbiq edilib. Artıq tvitterdə olduğu kimi, instaqram proqramında da paylaşımların zamanlanması xüsusiyyəti olacaq. Bu xüsusiyyət sayəsində istifadəçilər paylaşmaq istədikləri foto və videoları gələcək zaman üçün yükləyə biləcək və istədikləri saata uyğun olaraq dostları ilə bölüşəcəklər.

"Türkoloq"un gülünc arqumentləri - Yaxud Xədicə İsmayıl gənc jurnalisti niyə təhqir etdi?

31 Yanvar 2018 16:46

"Azadlıq" radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılın girmədiyi qılıf, bürünmədiyi don qalmayıb. O gah konkret mərkəzlərin sifariş və tezisləri əsasında fəaliyyət göstərən intriqan, gah mahir donosçu, gah da xarici kəşfiyyat orqanlarının agenti kimi qarşımıza çıxır. Öz əqidədaşları belə bu peşəkar şantajçının "qəzəbindən" qorxurlar. Xədicənin "hüquq müdafiəçiliyi", "siyasi məhbus" alverçiliyi etdiyi günlər də heç uzaq keçmişdə qalmayıb. Amma vaxtını nə ilə keçirməsindən, hansı cilddə zühur etməsindən asılı olmayaraq, milli maraqlara qarşı çıxış etmək, ölkəmizin əleyhinə aparılan qərəzli kampaniyaların fəal iştirakçısı olmaq və şəxsi mənafelərini təmin etmək üçün şeytanla belə əməkdaşlığa hazır olmaq onun fəaliyyətindən qırmızı xətlə keçir.

Tahir Mirkişili: Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir

31 Yanvar 2018 16:44

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafı üçün yeni hədəflər müəyyən etdi.