Gündəm
Separatçı liderin etiraf: “Məni qurban verdilər”
Mənim tərəfdaşlarım məni qurban verdilər. Bu sözlər Kataloniya hökumətinin eks-rəhbəri Karlos Puçdemon özünün səhiyyə üzrə keçmiş məsləhətçisi Toni Kominə göndərdiyi mesajda yer alıb. Mesajın mətnini “Tele 5” yayıb.
Tarixdə İLK - Futbol klubu bitkoinlə futbolçu aldı
Türkiyədə həvəskar “Harunustaspor” futbol klubu bitkoinlə futbolçu transfer edib. Məlumata görə, klub Ömər Faruq Kiroğlunu 0,0524 bitkoinə (547 dollar) əldə edib. “Harunustaspor” Türkiyədə Sakarya vilayət həvəskarlar liqasında çıxış edir.
“Sadəcə Mariya” serialı ilə hər kəsin qəlbində taxt quran AKTRİSA 28 İL SONRA
Meksikalı aktrisa Viktoriya Ruff ölkəmizdə 90-cı illərdə yayımlanan “Sadəcə Mariya” serialı sayəsində məşhurlaşıb. Serialda rolunu çox təsirli ifa edən aktrisanı çoxları indiyədək unutmayıb. “Sadəcə Mariya” serialının çəkilməsindən artıq 26 il ötüb. Serialın əsas aktrisası Viktoriya Ruffo bu müddət ərzində çox dəyişib, ancaq indiyə qədər çox gözəldir, gümrah və cavan görünür, həm də aktyorluq karyerasını davam etdirir.
Almeyda bu gün Bursaya yollanır?
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda bu gün "Bursaspor"la müqavilə imzalayacaq. Bu iddianı bursa.com saytı ortaya atıb. Xəbərdə bildirilir ki, "transfer pəncərəsi"nin son günündə transferi rəsmiləşdirmək üçün danışıqları intensivləşdirən "Burasspor" rəhbərliyinin "Qarabağ" tərəfi ilə danışıqları müsbət nəticələnmək üzrədi. Almeydanın bu gün Bursaya yollanaraq, "ağ-yaşıllar"la müqavilə bağlaması gözlənilir.
Azərbaycan kinosunun 120 illiyi qeyd ediləcək
İlham Əliyev Tofiq Ağahüseynovu təltif etdi
Prezident İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Əli Kərimli gənclərimizi zəhərləyib tora salır”
“Əli Kərimli sosial şəbəkələr vasitəsilə gənclərimizi zəhərləyir, toruna salır”. Bunu politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, Əli kərimli öz ətrafında olan bir qrup gəncdən sosial şəbəkələr vasitəsilə hazırki hakimiyyəti və hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlarımızı təhqir və bəzi hallarda da heç bir etikaya sığmayacaq dərəcədə söyüşlər yazdırır: “Bundan da irəli gedərək onlardan Azərbaycan Respublikasının qanunlarını qəsdən pozulmasını tələb edir.
Vüqar Rəhimzadə: "Son 14 il müasir Azərbaycanın inkişaf tarixində mühüm dövrdür"
“Cənab İlham Əliyevin 2003-cü ildə xalqımızın böyük əksəriyyətinin səsi ilə Prezident seçilməsindən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu islahatlar dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən daha dinamik və çoxşaxəli şəkildə davam etdirildi. Məhz ötən 14 ilin ictimai-siyasi, həmçinin sosial-iqtisadi mənzərəsinə, statistik göstəricilərinə nəzər yetirdikdə bir daha bu reallığın şahidi olursan.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Baş nazir: “Makron düzgün düşünmür”
“Türkiyə Afrin əməliyyatında işğal məntiqi ilə hərəkət etmir”. Bunu Türkiyənin Baş naziri Binali Yıldırım bildirib.
Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib.
Rusiya XİN Moskva-Ankara-Tehran formatının Qarabağ münaqişəsinin həllində oyanaya biləcəyi rola münasibət bildirib
Rusiya Xarici İşlər NazirliyiSuriya münaqişəsinin nizamlanmasında uğurlu hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət bildirib.
Məcburi köçkünlər inanırlar ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində doğma torpaqlara qayıdacaqlar
“Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılmasını özünün əsas fəaliyyət prinsiplərindən biri hesab edir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov səsləndirib.
İtaliyada idman forumu keçirilir
Yanvarın 30-dan Roma şəhərində İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SİGA) Forumu öz işinə başlayıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Aeroportda mədəsində 60 paket kokaini keçirmək istəyən qadın saxlanıldı
Tailandda hava limanı ərazisində polis əməkdaşları mədəsində 60 paket kokain keçirməyə cəhd göstərən qadını saxlayıblar. Məlumata görə, polis əməkdaşları aeroportda braziliyalı qadını saxlayaraq rentgendən keçiməsini tələb ediblər. Nəticədə onun mədəsindən narkotik maddələr aşkar edilib. Kokain paketlərinin ümumi çəkisi açıqlanmayıb.














