İtaliyada idman forumu keçirilir
Yanvarın 30-dan Roma şəhərində İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SİGA) Forumu öz işinə başlayıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
31 Yanvar 2018 17:48 İdmanYanvarın 30-dan Roma şəhərində İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SİGA) Forumu öz işinə başlayıb. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Forumun əsas məqsədi SİGA və ölkəmiz arasında idman sahəsində mümkün olacaq əməkdaşlığı yaratmaqdır. Qeyd edək ki, bu məqsədlə SIGA rəhbərliyi Azərbaycan ilə əməkdaşlığın qurulması üçün 2018-ci ilin ilk rübündə ölkəmizə rəsmi səfərin nəzərdə tutulduğunu bildirmişdir.
Tədbir zamanı, Azərbaycan Milli Olimpiya Komitəsinin SİGA-ya üzv olması və əməkdaşlığın təmin edilməsi üçün müzakirələrin aparılması, bununla yanaşı, 2020-ci ildə Azərbaycanda futbol üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar SİGA tərəfindən Bakıda "İdman, birlik, sülh" tezisli tədbirin keçirilməsinə dair irəli sürülmüş təklifin müzakirə olunması da nəzərdə tutulub.
Forumda nazir müavini İsmayıl İsmayılovun, Turkiyə Cumhuriyyəti, Serbiya, Fransa, İndoneziya, İtaliya ölkələrinin, Avropa Komissiyasının idmana məsul rəsmilərinin iştirakı ilə müxtəlif sahələri əhatə edən panel iclaslar keçirilib.
Nazir müavini İsmayıl İsmayılov panel müzakirələr zamanı verilən suallar əsasında mötəbər idman tədbirlərinin ölkə idmanının inkişafına, sağlam və gənc nəslin yetişməsinə, idmanda kütləviliyin artmasına və digər sahələrə müsbət təsirindən danışıb. Bununla yanaşı, İsmayıl İsmayəlov ölkə başçısı İlhma Əliyevin 1997-ci ildən MOK-a rəhbərlik etməsindən idmana göstərdiyi diqqət və qayğıdan və nəticədə Azərbaycan idmanında əldə olunan uğurlar barədə də iştirakçılara geniş məlumat verib.
Qeyd edək ki, forumda İsmayıl İsmayılovla yanaşı MOK baş katibin müavini Azər Əliyev, GİN beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov da iştirak edirlər.