Bədənin temperaturunu 40 dərəcəyə qaldıran virus xəstəliyindən necə qorunmalı…
Son günlər bütün Azərbaycanı bürümüş kəskin virus xəstəliyi insanları qorxuya salmaqdadır. Təkcə uşaqlarda deyil, böyük insanlarda da 40-41 dərəcə temperatur və qusma ilə müşayət olunan bu kəskin respirator xəstəliyi iynə-dərmana tabe olmur, öldürmürsə də, zəıflədib haldan salır.
31 Yanvar 2018 17:02 MüsahibəSon günlər bütün Azərbaycanı bürümüş kəskin virus xəstəliyi insanları qorxuya salmaqdadır. Təkcə uşaqlarda deyil, böyük insanlarda da 40-41 dərəcə temperatur və qusma ilə müşayət olunan bu kəskin respirator xəstəliyi iynə-dərmana tabe olmur, öldürmürsə də, zəıflədib haldan salır.
Terapevt-kardioloq həkim Sevinc Qurbanova ilə son günlər yayılmış bu kəskin vurus xəstəliyi barəsində söhbət edirik. Diqqətlə oxuyun, ümid edirik, həkimin məsləhətləri hər biriniz üçün faydalı ola bilər.
- Sevinc xanım, bu xəstəlik hər zaman qripdirmi, yoxsa bizə məlum olmayan yeni növ virus yayılıb?
-Bu qripə bənzər klinik simtomlara malik virusdur . Tibbə məlum olan qrip virusuna yaxın virusların, rotavirusların həm bənzər , həm də fərqli cəhətləri var. Onların klinik əlamətləri bir-birlərindən az fərqlənir. Məsələn, əsl qripdə temperaturun yüksəlməsi özünü göstərir, temperatur 39-40, hətta 41 dərəcəyə qədər yüksəlir, boğaz, başağrısı özünü göstərir, insan özünü çox əzgin hiss edir.
Rotavirusda isə halsızlıq və qızdırma kimi əlamətlərə paralel olaraq bağırsaq pozulması, qusma, ürək bulanması özünü göstərməyə başlayır. Belə baxanda bütün xəstəliklərin ümumi törədicisi virusdur. Bu yayılan virusa qrip virusu demək olar.
-Həkim, xəstələrin və ya onların yaxınlarının hamısı şikayətçidir ki, temperaturu sala bilmirlər, iynə, dərman fayda etmir. Siz vəziyyəti yüngülləşdirmək üçün nə məsləhət görürsünüz?
-İstənilən halda bu bu xəstəliyin indi yayılma dövrüdür. İlk iş profilaktika eləmək lazımdır. Yoluxandan sonra deyil, yoluxmadan öncə mübarizə aparılmalıdır. Heç kim xəstəlikdən sığortalnmayıb.Virus əleyhinə pereparatar var. Xəstəlik artıq başalyıbsa biz müalicəvi dozalarda onları qəbul etməliyik. Xəstəliyə yoluxmamaq üçün isə biz profilaktik dozalarda onlardan istifadə etməyi məsləhət görürük.
Əsas məsələ bədənin müqavimətini artırmaqdır .Məsələn apteklərdə "Arbidol", "Anaferon", "Erqaferon", "Tsikloferon" adlı qrip virusu əleyhinə preparatlar var. Bundan əlavə, vitaminlər qəbul edilməlidir, bədənin immunitetini gücləndirmək üçün C vitamini bol olan meyvələrdən, quru meyvələrdən, çərəzlərdən, kalorili yeməklərdən bol -bol istifadə olunmalıdır. Və ya buruna çəkərək virusun nəfəs yollarımıza daxil olmasının qarşısını alacaq məlhəmlər, məsələn "Oksolin" məlhəmindən istifadə etmək lazımdır.Yəni başqa cür "türkəçarə" evdə bu virusa qarşı kömək etməz. Qeyd etdiklərimin hamısı xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərdir.
- Deyirlər bu xəstəliyin qorxunc fəsadları ola bilər, böyrək, ürək, ağciyərlər güclü fəsada məruz qala bilər. Bu doğrudurmu?
- Hər bir xəsrəliyinin özünün ağırlaşması ola bilər, o cümlədən də qrip viruslarının. Məsələn, ən yüngül halda pnevmoniya ilə nəticələnə bilər. Ağırlaşmaların qarşısını almaq üçün xəstəliklə düzgün mübarizə aparmaq lazımdır.
- Bu xəstəliklə bağlı ölüm faktı qeydə alınıb?
- Mən bu barədə eşitməmişəm. Yəni belə hallar olarsa, adətən, Səhiyyə Nazirliyindən bizə məlumat verilir. Hələlik bu xəstəliyin ölümlə nəticələnməsi faktı qeydə alınmayıb.