Xocalı uşaqlarına həsr olunmuş film holland dilinə tərcümə edilib

Xocali uşaqlarına həsr olunmuş film Niderland Krallığında fəaliyyət göstərən Odlar Yurdu Cəmiyyəti tərəfindən holland dilinə tərcümə edilib. Bu barədə “OLAYLAR”-a məlumat verən cəmiyyətin sədri Frəngiz Bağırova deyib ki, sözügedən filmin holland dilinə tərcümə edilməsi təşəbbüsü Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Hollandiyada keçirilən anım tədbirləri zamanı səsləndirilib: “Keçən il Ermeni Təcavüzünün Tanıdılması Ictimai Birliyinin sədri Səriyyə Cəfərova Hollandiyada gonaqımız oldu. Həmin vaxt diaspora islərində 5 fəal təskilat bir araya gələrək Xocalı soygırımının 25-ci ildönümünü böyük bir proqramla qeyd etdik. Həmin proqramda Səriyyə Cəfərova Xocalı soygırımın şahidi olaraq istrak etdi və film Holland cəmiyyətinə nümayiş olundu. Daha sonra o, filmin Holland dilinə tərcümə edilməsi arzusunu bildirdi.

Xocalı uşaqlarına həsr olunmuş film Niderland Krallığında fəaliyyət göstərən Odlar Yurdu Cəmiyyəti tərəfindən holland dilinə tərcümə edilib. Bu barədə "OLAYLAR"-a məlumat verən cəmiyyətin sədri Frəngiz Bağırova deyib ki, sözügedən filmin holland dilinə tərcümə edilməsi təşəbbüsü Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Hollandiyada keçirilən anım tədbirləri zamanı səsləndirilib: "Keçən il Ermeni Təcavüzünün Tanıdılması Ictimai Birliyinin sədri Səriyyə Cəfərova Hollandiyada gonaqımız oldu. Həmin vaxt diaspora islərində 5 fəal təskilat bir araya gələrək Xocalı soygırımının 25-ci ildönümünü böyük bir proqramla qeyd etdik. Həmin proqramda Səriyyə Cəfərova Xocalı soygırımın şahidi olaraq istrak etdi və film Holland cəmiyyətinə nümayiş olundu. Daha sonra o, filmin Holland dilinə tərcümə edilməsi arzusunu bildirdi. Mən də Səriyyə Cəfərovanın arzusunu ötən vaxt icində həyata kecirib, ona təhvil verdim". Frəngiz Bağırova deyib ki, Xocalı ilə bağlı filmin Holland dilinə tərcümə edilməsindən dolayı Səriyyə Cəfərova ona təşəkkür məktubu ünvanlayıb: " Mən də öz adımdan Səriyyə xanıma təsəkkür edirəm. Xaricdə yaşayan bir azərbaycanlı kimi deyə bilərəm ki, onlari unutmayacağıq və unutdurmayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31