Regional proqramlar bölgələrdə nəqliyyat infrastrukturunu yaxşılaşdırıb

14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün parametrləri üzrə Azərbaycanın inkişafına təkan verdi, onun dünya iqtisadiyyatında yeri və rolunu müəyyənləşdirdi. Dövlət proqramlarının icrası nəticəsində paytaxtla yanaşı regionlarda da infrastruktur yaradıldı, yeni sənaye müəssisələri açıldı, sovetlərin zamanından fəaliyyəti dayandırılmış zavodlar yenidən fəaliyyətə başladı. Bütün bunlar ölkədə məşğulluğun səviyyəsinin artırılması və işsizlik probleminin aradan qaldırılmasına öz müsbət təsirini göstərdi.

14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün parametrləri üzrə Azərbaycanın inkişafına təkan verdi, onun dünya iqtisadiyyatında yeri və rolunu müəyyənləşdirdi. Dövlət proqramlarının icrası nəticəsində paytaxtla yanaşı regionlarda da infrastruktur yaradıldı, yeni sənaye müəssisələri açıldı, sovetlərin zamanından fəaliyyəti dayandırılmış zavodlar yenidən fəaliyyətə başladı. Bütün bunlar ölkədə məşğulluğun səviyyəsinin artırılması və işsizlik probleminin aradan qaldırılmasına öz müsbət təsirini göstərdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ölkə iqtisadiyyatının da inkişafına öz müsbət təsirini göstərdi. Məhz bu Dövlət Proqramlarının icrası nəticəsində Azərbaycan iqtisadiyatı dinamik şəkildə inkişaf etdi. Dünya iqtisadiyyatında öz yerini möhkəmləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dediyi kimi Dövlət Proqramlarının icra edildiyi on dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb: "Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artıb". Prezident bildirib ki, Dövlət Proqramlarının icra edildiyi on dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub: "Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il 14,6 milyard dollar sərmayə qoyulub, bu il ən azı ona bərabər həcmdə sərmayə yatırılacaq. On dörd il ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar".

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində əldə edilən müsbət nailiyyətlərdən biri də regionlarda nəqliyyat infrastrukturunun yaradılması oldu. Ötən on dörd il ərzində təkcə bölgələrdə avtomobil yolları çəkilib əhalinin gediş-gəlişinin təmin edilməsi istiqamətində işlər görülmədi. Həmçinin zamanında fəaliyyətdə olan, lakin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına başladığı dövrə qədər istifadəsiz qalan hava limanları yenidən qurularaq istifadəyə verildi ki, bu da əhalinin daha rahat şəkildə regionlara gediş-gəlişinə səbəb oldu. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Regionların social-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bu məsələyə xüsusi olaraq toxundu və dövlət başçısı bildirdi ki, ötən on död il ərzində ölkəmizdə yeddi aeroport tikilib. Onlardan altısı beynəlxalq aeroportdur: "Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi - Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir".

Düzdür, regionlarda nəqliyyat infrastrukturunun yaradılması istiqamətində əldə edilən nəticələr ürəkaçan və uğurlu olsa da, lakin mövcud imkanlar bu istiqamətdə daha çox tədbirlərin həyata keçirilməsi və işlərin görülməsini zəruri edir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda çıxışı zamanı məhz bu məsələyə toxunaraq bildirib ki.  bu il nəqliyyatla, dəmir yolu nəqliyyatı ilə bağlı bir neçə önəmli layihə icra ediləcək: "Qeyd etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və artıq fəaliyyətə başlayır. Maraq da çox böyükdür, həm Davos Dünya İqtisadi Forumu çərçivəsində, həm digər forumlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Demək olar ki, bu, dünyanın gündəliyində duran infrastruktur-nəqliyyat layihələri arasında xüsusi yer tutan layihədir. Şadam ki, təhlilçilər, ekspertlər bu layihənin icrasında Azərbaycan dövlətinin rolunu xüsusi qeyd edirlər və yüksək qiymətləndirirlər. İndi biz çalışmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görülsün və əlbəttə ki, görüləcəkdir. Yeni vaqonların, sisternlərin, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində müvafiq göstərişlər verilib. Artıq Asiyadan Qərb istiqamətinə yüklərin sayı gündən-günə artmaqdadır. Beləliklə, biz Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik". Prezident onu da diqqətə çatdırıb ki, bu il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək: "Təbii ki, bu yol fəaliyyətdədir. Ancaq biz bu yolu modernləşdirməliyik ki, sürət artsın. Çünki biz Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək çox böyük yüklər gözləyirik. Ona görə qatarların sürəti yüksək olmalıdır və eyni zamanda, bu, vətəndaşlar üçün də çox önəmlidir. Sürət yüksək olduqda əminəm ki, vətəndaşlar qərb istiqamətinə, qərb bölgəsindəki şəhərlərə qatarla getməyə üstünlük verəcəklər. Xüsusilə nəzərə alsaq ki, yeni, müasir sərnişin qatarları da alınır və alınacaq, çox rahat gediş-gəliş təmin ediləcək. Qeyd etdiyim kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb. Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır".

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi görülən işlər və əldə edilən nəticələr onu deməyə əsas verir ki, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir. Bütün bunlar isə gələcəkdə daha məhsuldar və səmərəli işləməyi zərurətə çevirir və yeni-yeni təşəbbüslər ortaya qoyur. Elə konfransda dövlət başçısının sayca dördüncü Dövlət Proqramının icrasına başlanacağı barədə səsləndirdiyi fikirlər də məhz bundan xəbər verir. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31