Ermənistanda tüğyan edən inflyasiya süd bazarını da çökdürdü

Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub. Bu barədə Ermənistan KİV-ləri yazır.

Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub. Bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, ötən ildən başlayaraq pendirin qiyməti 20 faiz bahalaşıb. Mütəxəssislər bu inflyasiyanın bu il də davam edəcəyini hesab edirlər.

Ermənistanın Pendir İstehsalçıları İttifaqının rəhbəri Armen Giqoyan deyib ki, ötən il olduğu kimi, bu il də Ermənistanda süd və pendir qıtlığı yaşana bilər: "Ölkənin Kənd Təsərrüfatı Nazirliyi özünü bu sahədə hansısa tədbirlər həyata keçirirmiş kimi göstərdiyi vaxtda, vətəndaşlar inflyasiyanın zərbələrindən əziyyət çəkirlər". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31