Ukraynada azərbaycanlı naziri işdən çıxardılar

Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırılmış Roman Nəsirovun çıxarılması haqda qərar qəbul edib. Müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.

Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırılmış Roman Nəsirovun çıxarılması haqda qərar qəbul edib. Müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.

"Biz Dövlət Komissiyasına Nəsirovun çıxarılması haqda təqdimat göndərmişdik. Dövlət Komissiyası öz qərarını verdi. Bu gün biz bu qərarı qəbul edirik", - deyə baş nazir V.Qroysman iclasda vurğulayıb. Xatırladaq ki, Ukraynanın Korrupsiya ilə mübarizə bürosu Roman Nəsirovu 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilir. O, böyük məbləğdə girov ödəyərək azadlığa çıxıb. Virtualaz.org bildirir ki, bu barədə İnterfaks-Ukrayna xəbər yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31